Yuxuya getməkdə çətinlik çəkir, gecələr kabus görürsünüz? Elə isə bu məsləhətlərə əməl edin.
Mütəxəssislər yuxudan öncə içilən bəzi içkilərin rahat yuxu təmin etdiyini deyirlər.
Bitki çayları
Bir çox insan yatmazdan öncə yaşıl çay içir. Ancaq
həkimlər digər bitki çaylarının daha təsirli olduğunu deyir. Çünki yaşıl
çayın tərkibində kofein var. Bu isə yuxunu qaçıra bilər. Yaşıl çay
əvəzinə çobanyastığı və nanə çayı içə bilərsiniz.
Albalı şirəsi
Portoğal şirəsi çox sevilsə də, onun tərkibindəki
şəkər sizə enerji verərək yuxunun qaçmasına səbəb ola bilər. Albalı
şirəsi isə "melatonin” maddəsi ehtiva etdiyi üçün yuxu gətirir. Odur ki,
gecə yatmazdaz 1 saat öncə albalı şirəsi içə bilərsiniz.
İlıq süd
Gecələr ilıq süd içmək dərin yuxuya getməyi
asanlaşdırır. Səslərə qarşı həssassınızsa və gecələr tez-tez
oyanırsınızsa, yatmaqdan əvvəl ilıq süd için.