Bunlar böyrəklərinizi məhv edir

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 579
Paylaş:
Səs ver:
(səs: 1)
Böyrəklər insan orqanizmində ən vacib orqanlardan biridir. Böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirir, qanı ziyanlı maddələrdən təmizləyir, duz-su balansını saxlayır, arterial təzyiqi tənzimləyir.
Bu səbəbdən böyrəklərin sağlamlığını qoruyub saxlamaq olduqca vacibdir.
 
Bəzi amillər böyrəklərin sağlamlığına çox mənfi təsir edir. Bu amillər arasında:oyrekler-ucun-ziyanli-amiller
- Spirtli içkilər və siqaret çəkmək
Bu pis vərdişlər böyrəklərin fəaliyyətini olduqca çətinləşdirir.
 
- Yuxunun az olması
Yuxuda orqanizm dincəlir və bərpa olunur. İnsan daim az yatanda bu orqanizmə ciddi ziyan vurur, orqan və sistemlərin tükənməsinə səbəb olur.
 
- Tərkibində kofein olan içkilərin (çay, qəhvə, enerji içkilər) çoxlu miqdarda qəbulu
Böyük miqdarda kofein orqanizm üçün ziyanlıdır. Kofein sidikqovucu təsirə malikdir ki, orqanizmin susuzlaşmasına səbəb olur, böyrəklərə olan gərginliyi azaldır.
 
- Passiv həyat tərzi
Böyrəklər hərəkət sevir. Bu onlarda qan dövranını yaxşılaşdırır. İnsan oturaq həyat tərzi sürürsə, böyrəklərdə durğunluq prosesləri əmələ gəlir ki, bu da böyrəklərdə iltihablara və s. pozulmalara səbəb olur.
 
- Sidik saxlamaq
Bu böyrəklər üçün çox ziyanlıdır, onlarda müxtəlif pozulmalara, iltihablara səbəb olur, böyrək-daşı xəstəliyinin inkişafına təkan verir.
 
- Duzlu qidaların həddindən çox miqdarda qəbulu
Böyrəklər orqanizmdə su-duz balansını tənzimləyən əsas orqandır. Duz orqanizmə həddindən artıq çox miqdarda daxil olunduqda, bu böyrəklərin fəaliyyətini pozur.
 
- Pəhrizlər, kəskin arıqlama
Böyrəklər piy kapsul ilə örtülür. Bu onları mənfi xarici təsirlərdən qoruyur. İnsan arıqlayanda böyrəklər müdafiəsiz qalır və həmçinin yerini dəyişir (sallanır). Bu da onların fəaliyyətini pozur.
 
- Zülalların həddindən çox miqdarda qəbulu
Zülallarla zəngin olan qidalar böyrəklərə olan gərginliyi artırır və bu da müxtəlif pozulmalara təkan verir.
 
- Suyun az miqdarda qəbulu
Böyrəklərin normal fəaliyyəti üçün insan kifayət qədər su içməlidir. Suyun az miqdarda qəbulu qanın qatılaşmasına səbəb olur. Böyrəklər qatı qanı daha çətinliklə təmizləyir. Bu hal daim təkrarlanırsa, böyrəklərdə pozulmalar inkişaf etməyə başlayır.
Susuzlaşmanın qarşısını almaq üçün hər gün 8 stəkan təmiz su için.

loading...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 579
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
faydali melumatdir boyrekler nizamli islemesi vagibdr eks teqdirde atqaz gede biler orqan
4 iyun 2016 10:36
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Boyreklere cox zererlidir zulallar ve duzlu yemek. Bunlar boyrekleri siradan cixarir.
4 iyun 2016 08:52
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv