Ürəyim sıxılır, - deyənlər bu yazını oxusun

Şərhlər: 2
Baxılıb: 2 715
Səs ver:
(səs: 2)
Hər birimiz gün boyu və bir neçə gündən bir "ürəyim sıxılır” ifadəsini işlədirik. Bəs bu ürək, can sıxıntısı nə deməkdir?

Can
sıxıntısı qərarsızlıq, üzüntü, rahatsızlıq, hətta nəfəs ala bilməmə
kimi əlamətlərlə özünü göstərir. Ancaq bu hal təbii ki, durduğumuz yerdə
yaranmır. Aile.lent.az türkiyəli psixoloq Selik Karabulutun bununla
bağlı fikirlərini təqdim edir.

Psixoloq
deyir ki, xüsusən narahat xarakterli, hər şeyə diqqət edən, vəsvəsəçi,
mükəmməl olmağa çalışan insanlar bu problemlə daha asan qarşılaşır.

Bütün
bu əlamətlər yaşanan bir hadisəyə, getmək bilməyən düşüncəyə, həll
olunmaqda olan və ya heç cür həll edilməyən bir problemə, xəstəliyə,
münasibətlərdəki problemə bağlı ola bilər. Əslində bütün bu hallarda
hiss edilən can sıxıntısının təməlində çarəsizlik duyğusu ilə bərabər
narahatlıq, qayğı da durur.

Depressiyadan fərqi nədir?

Can
sıxıntısı və depressiya arasındakı əsas fərq depressiyanın uzun davam
etməsidir. Depressiya kliniki bir tablodur. Can sıxıntısı isə sadəcə bir
neçə gün çəkir. Depressiyada özünə qapanma, geri çəkilmə, kefsizlik,
qara fikirlər, kədər kimi əlamətlər hakimdir. Can sıxıntısında isə geri
çəkilmə yoxdur, sadəcə tərəddüdlər var. İnsan nəsə istəyər, ancaq nə
istədiyini bilməz. Depressiyada isə istək yoxdur, insan heç bir şey
istəməz və əldə edəcəyi heç bir şeyin ona yaxşı təsir edəcəyini
düşünməz.

Can sıxıntısı insanda boşluq hissi yaradır. Belə halda insan nəyinsə itdiyini düşünər, ancaq bunun nə olduğunu tam anlamaz.

Mükəmməl olmaq istəyənlər daha çox can sıxıntısı yaşayır

Hər
kəsin can sıxıntısı yaşaya biləcəyini deyən psixoloqun sözlərinə görə,
bu hal imtahan əvvəli, bir şeyin nəticəsini gözləyərkən, iclaslardan
əvvəl, xəstəxanaya gedildiyində, gərginliyin artması kimi hallarda
ortaya çıxır.

Nə etməli?

İnsan
can sıxıntısını əvvəlcə özünə ifadə etməlidir. Daha sonra "hansı hadisə
ilə bağlı iç sıxıntısı yaşaya bilər, ən son kiminlə danışıb, nə üçün
narahatdır?” kimi suallara cavab tapmalıdır. Özəlliklə bir işin həllini
gözləyərkən o vaxtı başqa işlə başını qatmaq sıxıntını azalda bilər.
Mümkündürsə, bu sıxıntınızı bir yaxınınızla paylaşın, bölüşün, ona
anladın.

Nə vaxt həkimə getməli?

Bir
neçə həftə davam edərsə, işə diqqət toplaya bilmirsinizsə, sosial
problemlərin başlaması hallarında, ağlama, narahatlıq, qorxu kimi
halların artması dərəcələrində həkimə getməlisiniz.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri