Tez-tez çimənlərin diqqətinə - Həddi aşsanız...

Müəllif: Lola_Maya_
Şərhlər: 5
Baxılıb: 564
Paylaş:
Səs ver:
(səs: 1)
Çimmək təmizliyin ən böyük göstəricisidir. Lakin bir də belə düşünün: təsəvvür edin ki, su, sabun, bir sözlə, heç bir təmizlik vasitəsi yoxdur. Bu cür yaşaya bilərsinizmi? Bəlkə də yaşaya bilənlər olar. Lakin bu halda nə baş verər, çimmədikdə bədəndə hansı dəyişikliklər olur?
Xarici təcrübəçilər bu mövzuda kiçik bir araşdırma aparıblar. Qadınlar.biz həmin araşdırmanı təqdim edir.
 
Sağlam bakteriyalara dəstək olun
İnsan dərisi üzərində minə qədər fərqli bakteriya və 80-ə qədər göbələk növü yaşayır. Bu mikroorqanizmlərin əhəmiyyətli bir qismi sağlamlığımız üçün faydalıdır, ziyanlı bakteriyaları qovur və ya dəri sekresiyalarını parçalayaraq, təbii nəmləndiricilərin ortaya çıxmasını təmin edir.
Lakin zaman-zaman dərimiz pis bakteriyalarla öz-özünə mübarizə apara bilmir. Burada isə köməyə çimmək gəlir. Daimi olaraq çimməyi dayandıran insanlar ağızlarına, gözlərinə, burunlarına toxunaraq özlərini xəstəlik törədən mikroorqanizmlərə məruz qoymuş olarlar.
 
İnfeksiyaya diqqət edin
Yəni kifayət qədər çimmədiyimiz zaman dərimizin səthindəki xoşniyyətli mikroorqanizmlərlə pis mikroorqanizmlərin tarazlığı alt-üst olur. Bu da dəri infeksiyalarına gətirib çıxarır.
 
Dəri problemləriniz varsa
Əgər göbələk, çivzə kimi dəri problemləriniz varsa, vəziyyət daha da təhlükəlidir. Çünki bütün çirklər, tər, ölü hüceyrələr və yağ dərinizin üzərində yığılır, dəri problemləri xronikiləşməyə başlayır.
 
Dəri qabıqlayır
Çimmədiyiniz halda vaxt keçdikcə dəri sindromu deyilən vəziyyət ortaya çıxmağa başlayır. Keratin, tər və çirk dərinin üst səthində yığılaraq qalın, qəhvəyi vallar meydana gətirir.
 
Ətrafınızdakıları da düşünün
Ən pis hal odur ki, çimmədiyiniz zaman bədəninizdən pis qoxular ətrafa yayılır. Burada kiçik bir məqama toxunaq: işlətdiyimiz "tər qoxusu" ifadəsi əslində bir maddədir. Tərin qoxusunun qaynağı isə "bromhidroz" deyilən kimyəvi hadisədir. Sadəcə cildimizdəki bakteriyalar tərdəki zülal və yağ turşularını yeyir, ortaya pis iy verən kimyəvilər çıxarır.
 
Həddini də aşmayın
Bəs tez-tez çimdikdə nə baş verir? Bax bu zaman bədənimizdən sağlamlığa faydalı bakteriyaları da atmış oluruq. Dərimiz quruyur, nəmini itirir və kiçik çatlar meydana gəlir. Bu da infeksiyaya yol aça bilər. Dermatoloqlara qalsa, üzümüz, arxa və qasıq bölgəmiz xüsusilə təmiz olması vacib olan sahələrdir. Sağlamlıq sektorunda işləyən, hər gün məşq edənlərə, mütləq gündə bir dəfə çimmək tövsiyə edilir. Oturaq və ya hərəkətsiz həyat tərziniz varsa, iki gündə bir çimmək də kifayətdir. Ancaq ətrafınızdakıların reaksiyalarına diqqət edin. İnsanların yanınızda üzlərini turşutmalarına səbəb olmayın!

loading...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 564
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
her gun bir defe dus qebul etmekle bir sey olmaz
6 iyun 2016 16:38
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Totu
Tez tez çimmende adam rahat olur.
6 iyun 2016 13:51
4
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
qanadli melek
Cimmeyi cox sevirem onda eseblerim sakitlewir her gun cimirem
6 iyun 2016 13:13
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Barbaris
her gun cimirem demek olarki
6 iyun 2016 12:10
2
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
BARBI
Tez tez cimmek soyuqlamaya sebeb olur. Cox cimmek bas meningitine sebeb ola biler.
6 iyun 2016 11:43
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv