Öskürək

Şərhlər: 2
Baxılıb: 2 160
Səs ver:
(səs: 1)
Öskürək
müxtəlif olduğu kimi onun səbəbləri də müxtəlif olur. Quru, boğazdan
gələn öskürək, bə”zən yarımçıq halda olur. Bronxitdən olan öskürək
əvvəlcə quru və qısa, sonra ağrılı və bəlğəmli olur. Uzun müddətli olan
qara öskürək adətən uşaqlarda daha çox baş verir. 

Bu
zaman 20q reyhan yarpağı və çiçəyini 20q kəklikotu ilə qatışdırır,
üzərinə 1L qaynar su tökür, 10–15 dəq dəm aldıqdan sonra 2 qaşıq bal
qatıb, hər yarım saatdan xəstəyə 1 qaşıq verirlər. Yaxud bir ovuc
kəklikotunu 1L suda qaynadıb süzür, sonra 250q balı da 1L suda qaynadıb
onu da süzgəcdən keçirirlər. Daha sonra bu iki məhlulu qatışdırıb, hər
gün 4–6 qaşıq xəstəyə verirlər. Başqa bir vasitə kimi qara turpun içini
oyub oraya döyülmüş nabat tökür, 1 gündən artıq saxlayır və əmələ gələn
qatı şirədən gər dəfə 1 qaşıq içirlər. 

Öskürəyə
qarşı 30q təzə və ya quru heyva çiçəyini 1L suda dəmləyərək öskürəyə
qarşı işlədirlər. Heyva mürəbbəsi sinəni yumşaldır, öskürəyi
sakitləşdirir, təngnəfəslik hallarına qarşı münasib hesab edilir. Heyva
toxumunun selikli mayesi və toxumun özü də sinə üçün ən faydalı
dərmanlardan sayılır. O sinəni yumşaldır, öskürəyi müalicə edir, boğazı
yumşaltmaqla quru öskürəyə qarşı çox yaxşı vasitədir. 

Öskürək
hallarında şirin badam da faydalı vasitələrdən hesab edilir. Ondan
badam südü adlanan şirə hazırlayıb işlədirlər. Bunun üçün bir qədər
badamı yarımilıq suda isladıb qabığını soyur, həvəngdə su qataraq döyüb
yumşaldır xəmir halına gətirirlər. Sonra onu su ilə qatıb həll edir və
50q şəkər (daha yaxlı olar ki, bal) əlavə edərək süzgəçdən keçirirlər. 

Fındıqdan
alınan yağ da sinə və öskürək üçün tə”sirli vasitələrdən sayılır.
Öskürək zamanı püstə və banan da xeyirlidir. Bal boğazı təmizləməklə
öskürəyin qarşısını alır, onu isti süd ilə yemək faydalıdır. Gülxətmini
qaynadıb təpitmə düzəldir və öskürəkdən olan sinə ağrısı üçün istifadə
edirlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri