Soyuducunun ZƏRƏRLƏRİ

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 2 927
Səs ver:
(səs: 2)
Günümüzdə soyuducu olmayan ev yoxdur. Soyuducuya qida məhsulları, meyvə və tərəvəzlər qoyulur. Hətta bəzən elə olur ki, bəzi qida məhsulları orada günlərlə qalır. Bu qidaların xarab olmaması üçün yaxşı üsuldur. Amma soyuducunun qida məhsullarına nə kimi zərərləri var, bu barədə kimsə düşünmür.

Soyuducunun buzluğunda ammonyak qazı vardır. Buzluğun soyuması ammonyak qazının hesabına baş verir. Ammonyak qazı insan həyatı üçün təhlükəli qaz sayılır. İllər sonra soyuducuda ammonyak qazı yerinə istehsalçılar freon qazından istifadə etməyə başlayıblar. Bir müddət sonra freon qazının da ən az ammonyak qazı qədər təhlükəli olduğu aşkarlandıqdan sonra daha zərərsiz qazlardan istifadə etməyə başlayıblar.
Hansı marka soyuducu olursa olsun, bu qazlar isinməsə soyuducunun buzluğu dona bilməz. Həmin qazlar soyuducunun içərisinə sızır və qazın iyi oradakı qidalara hopur. Qazın iyi soyuducunun qapısını açanda hiss edilən iy deyil, qazın iyi qidaların dadına baxdıqda hiss olunur. Əgər qəbul etdiyiniz qidalardan tam gəlirsə mütləq soyuducunuzu dəyişdirin. Çünki uzun müddət tamlı (qaz hopmuş) qidaların qəbulu zəhərlənməyə səbəb ola bilir.
Soyuducunun arxa hissəsində yığılıb qalmış sular da bakteriya mənbəyi olub ətraf üçün təhlükəli sayıla bilir. Bu səbəbdən də soyuducunun təmizliyinə, düzgün işləyib-işləməməsinə diqqətlə yanaşmaq lazımdır.
Bütün elektrik ev əşyaları kimi soyuducu da elektromaqnit dalğaları (radiasiya) yayır. Bu dalğaların da insan səhhəti üçün nə qədər təhlükəli olduğu hamıya məlimdur.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri