Bu hiylələr çox işinizə yarayacaq - XANIMLARIN DİQQƏTİNƏ

Müəllif: NoName
Şərhlər: 4
Baxılıb: 1066
Paylaş:
Səs ver:
(səs: 1)
Mətbəx qadınların çox vaxt keçirdiyi məkanlardan biridir. Təbii ki, bu halda qadınlar mətbəx sirlərindən daha çox xəbərdar olur. Lakin bəzən elə gözlənilməz hadisələr baş verir ki, qadınlar onların qarşısında aciz qalır. Məsələn, bəzən ət bişdikdən sonra bərk qalır, tərəvəz yeməyi çox duzlu alınır, hazırladığınız mürəbbələrin şirnisi çox olur və s. Əslində bunların hamısının sadə bir həlli var. Sizi bir neçə mətbəx hiylələri ilə tanış edirik

Bişdikdən sonra bərk qalan ətlər
Ət bişməzdən əvvəl çox ləzzətli görünür, lakin bişirdikdən sonra çeynənilməsi çətin olacaq qədər sərt qalır. Bu vəziyyəti aradan qaldırmaq üçün meyvə, kola və ya limon istifadə edə bilərsiniz.

Meyvə istifadə edəcəksinizsə, bişirərkən ətin ətrafını meyvələrlə örtün.
Limon istifadə edərkən, bişirməzdən yarım saat əvvəl limon suyu sıxmaq ətin çox daha yumşaq qalmasını təmin edəcək.

Kola da əti yumşaltmaq üçün istifadə edilə bilər. Əti qızartmazdan əvvəl 10 dəqiqə kolanın içində saxlayın. Sonra əti çıxarıb qurudun və az yağda yüksək odda qarışdıraraq bişirin. Bu üsul xüsusilə qalın olan ətlər üçün çox uyğundur.

Ağır soğan dadı
Soğanın ağır dadı və qoxusu yemək yeyərkən narahatlıq verə bilər. Lakin yeməklərdən bu dadı yox edə bilmək çətin olur. Buna görə soğanları bişirməzdən əvvəl soyuq su dolu bir kasanın içinə qoyun. Bunu etmək soğanın acı dadını aradan qaldırmağa kömək olur.

Ətin çox duzlu olması
Ət bişirərkən duzunu bir az çox tökmüsünüzsə, əti xama ilə dolu kasanın içinə qoyub bir müddət saxlayın. Xama ətin duzunu tarazlamağa kömək edir. Başqa bir həll olaraq da yeməyə duzsuz yağ və ya un sousu (un, su və xama) edib tökə bilərsiniz. Yeməyə duzsuz qarnirlər əlavə etmək də yeməyi qurtarmanın bir başqa yolu ola bilər.

Əgər qiyməni çox duzlu bişirmisinizsə, yanına bir az balqabaq və kələm doğraya bilərsiniz. Eyni zamanda, çiy kartofu rəndələyib ətlə birlikdə bişirmək olar. Bu vəsaitlər yeməyinizi daha dadlı edəcək.

Çox duzlu tərəvəz yeməkləri
Duzlu tərəvəz yeməyinin içinə pomidor doğrasanız, duzu çəkilər. Bişmiş tərəvəzlərin duzluluğunu aradan qaldırmaq üçün başqa bir yol da var: üstünə bir az su əlavə edib bir neçə dəqiqə daha bişirin.

Bundan başqa, göbələk yeməklərini də duzsuz souslar, qarnir və ya xama istifadə edərək, bərpa edə bilərsiniz.

Yanan ət və ya digər yeməklər
Əti bişirərkən, xüsusilə, qızardarkən bir az çox bişdikdə ət yana bilər. Hətta içi çiy qalmış olsa belə, ətin yanmasından qaçmaq mümkün olmur. Bu vəziyyətdən xilas olmaq üçün ətin yanan hissələrini kəsib üstünə yağ, su və ya ət suyu sürtün.

Yanıq qoxusunu aradan qaldırmaq üçün də yeməyinizi bir kasaya qoyun, üstünü nəmli bezlə bağlayın. Bunu etsəniz, pis qoxunun böyük hissəsini ardan qaldırırsınız.

Yanıq dadından əti isti südün içinə qoyaraq da xilas edə bilərsiniz. Lakin bu, yeməyinizin dadına təsir edə bilər.

Süfrəyə qoyulmadan soyuyan yeməklər
Bunun sadə bir həlli var. Süfrəyə isti gətirəcəyiniz yeməklərin qablarını 5 dəqiqə sobada isidin, sonra yeməyi tökün. Soyuq təqdim edəcəyiniz yemək varsa, qabları əvvəl soyuducuda soyuda bilərsiniz.

Çox yağlı ət suyu
Əgər əlinizdəki ət suyu çox yağlıdırsa, soyuması üçün soyuducuya qoyun. Soyuduqdan sonra yağ donub üzdə yığılacaq. Beləliklə, soyuduqdan sonra yığılan yağı yığın və bununla da çox yağdan xilas ola bilərsiniz.

Tavaya yapışan şirin xəmirlər
Şirin xəmirlərin tavaya yapışmasının bir çox səbəbi ola bilər. Məsələn, xəmiri çox sulu etməyin. Bu vəziyyətdə bir az un əlavə edin. Əgər istifadə etdiyiniz un keyfiyyətli deyilsə, irmik unu da əlavə edə bilərsiniz.

Eyni zamanda, xəmiri tökməzdən əvvəl tavanı yağlayın, bir az isindikdən sonra xəmiri qoyun. Bu, xəmirin yapışması mane olacaq.

Alınmayan pudinq
Bəzən pudinq hazırlayarkən sulu qala bilər. Belə bir vəziyyətlə qarşılaşdığınızda qarışıma bir az un əlavə edin. Bundan başqa, bir neçə dəqiqə daha çox bişirə bilərsiniz və ya birbaşa soyuducuya da qoya bilərsiniz.

Konserv yeməklərdə olan kif
Kif evdə hazırlanan konservləşdirilmiş yeməklərdə tez-tez rast gəlinir. Evdə hazırladığınız turşu, mürəbbə, kompot kimi yeməklərdə kif görsəniz, qabın qapağını açıb kifi təmizləyin və yeməyin növünə görə şəkər, duz və ya sirkə əlavə edib qaynadın.

Donmuş tərəvəzlər
Donmuş tərəvəzləri təxminən bir həftə otaq istiliyində saxlayın. Bu üsul onların dadlarını əvvəlki hala gətirə bilər.

loading...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1066
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Bahar Nesirova
Faydali meslehetlerdi men pudinq bişirende bezen sulu qalir bilmirem neyniyim sayenizde oyrendim
6 iyul 2016 10:26
4
Offline
qanadli melek
Metbexde vaxt kecirmeyi cox sevirem.bunlarin bir coxunu bilirdim
4 iyul 2016 23:58
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
vipbetul
lazimli melumatdir metbex isinde
4 iyul 2016 16:56
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
bezilerni bilsemde cox faydalı meslehetler oldu .tewekkurler Aysel bacı.
4 iyul 2016 16:42
1
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv