Müalicəvi reyhan çayı

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 492
Paylaş:
Səs ver:
(səs: 2)
Reyhan adi göyərti deyil, bu əsl müalicəvi bitkidir. Reyhan haqqında məlumatlar dahi İbn Sinanın elmi işlərində tapılıb.

İbn Sina bu bitkidən sinir sistemi xəstəlikləri, yuxusuzluq zamanı istifadə etməyi tövsiyə edirdi.

Reyhan yorğunluq zamanı orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir, stress və gərginlik zamanı əksinə sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxunu tənzimləyir.

Qədim zamanlarda reyhan əsasında müalicəvi dəmləmələr çox geniş istifadə olunurdu. Belə dəmləmələrin köməyi ilə tənəffüs və sinir sistemi xəstəlikləri, bağırsaq spazmları, baş və menstruasiya ağrıları, kişilərdə impotensiyanı və s. müalicə edirdilər. Hal hazırda da reyhan çayı Hindistanda və bəzi digər Asiya ölkələrində ənənəvi və həmçinin müqəddəs içki, "Tanrı içkisi" sayılır.

Sizə müalicəvi reyhan çayının reseptini təqdim edirik.
- 4-5 yarpaq reyhan
- 2-3 yarpaq nanə
- 1 ədəd mixək (əzilir)
- 1 ədəd hil (əzilir)
- 1 dilim limon
- bal (zövqə görə)

Hazırlanması:
Reyhan, nanə, hil və mixək 1 stəkan qaynar suda dəmlənilir. Çay ilıq olanda 1 dilim limon və zövqə görə bal əlavə olunur.

Çay orqanizmə ümumimöhkəmləndirici və müalicəvi təsir edir - spazmları və iltihabları azaldır, mikrobları öldürür, immun sistemini möhkəmləndirir, sakitləşdirir, gərginliyi azaldır, yuxusuzluğu müalicə edir, mədə-bağırsaq və ürək-damar sisteminə müsbət təsir edir, beynin fəaliyyətini yaxşılaşdırır.

Həmçinin belə çay antioksidantlarla zəngin olduğundan orqanizmi xərçəng xəstəliklərinin inkişafından qoruyur.

loading...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 492
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
edviyyatl ichegeyler xoslamram
8 avqust 2016 22:25
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MODABAZ
Reykanı cox sevırem hele cayı cox dadlı ve mualıcelıdı
6 avqust 2016 14:26
4
Heyata daim gulmek lazimdii
Offline
Totu
Reyhan cox xoşlayıram
6 avqust 2016 13:19
3
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
Mrs.Kemale
heec icmemisem tskrler
6 avqust 2016 11:49
2
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Offline
BARBI
Cox faydali caydir. Bizde hazirlayiriq. Orqanizmi temizleyir
6 avqust 2016 06:27
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv