Sağlam və cavan qalmaq istəyənlərin məhsulu

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 553
Paylaş:
Səs ver:
(səs: 2)
Bütün bitki yağlarının arasında qoz yağını faydalı xüsusiyyətlərinə görə təbiətin möcüzəsi adlandırmaq olar.

Çox qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan bu möcüzəvi qida məhsulu haqqında şərq təbiblərinin belə bir deyimidə var ki, qoz beyindirsə, qoz yağı ağıl deməkdir.

Profilaktik vasitə kimi qoz yağı ürək-damar, qaraciyər xəstəlikləri, maddələr mübadiləsinin pozulması zamanı, ateroskleroza doğru meyl edən insanlar üçün əvəzolunmazdır.

Qoz yağı xüsusilə aşağıdakı xəstəliklərin müalicəsi zamanı faydalıdır:
- Onkoloji xəstəliklər
- Vərəm
- Xroniki artrit
- Xroniki kolit
- Otit
- Şəkərli diabet
- Qəbizlik
- Ateroskleroz
- Mədə və on iki barmaq bağırsağın xorası
- Hipertoniya

Bunlarla yanaşı qoz yağı cinsi həvəsi artıran təbii afrodiziakdır. Bu yağın tərkibində olan xüsusi bitki fermentləri cinsi orqanların zonasında qan dövranını gücləndirir və kişilərdə spermatozoidlərin yaranmasını stimullaşdırır.

E vitamini ilə zəngin olan qoz yağı hamilə qadınlar üçün də faydalıdır. Belə ki, qoz yağı dölün düzgün inkişafında mühüm rol oynayır.

Qoz yağı radiasiya şüalanmasına qarşı orqanizmin müqavimətini artırır və antioksidant təsir göstərir.

Bu yağ sinir sisteminə müsbət təsir göstərir, yarana biləcək ruhi pozuntulara qarşı mübarizə aparır.

Bu möcüzəvi qida məhsulunun faydalı xüsusiyyətlərindən biri də yaddaşı möhkəmləndirməsi, zehni fəaliyyəti gücləndirməsidir.

Yaraların, kəsiklərin, yanıqların tez sağalması üçün də qoz yağından istifadə öz bəhrəsini verir. O həmçinin venaların varikoz genişlənməsi ilə mübarizə üçün də effektli vasitədir.

Döyənəklərdən xilas olmaq üçün qoz yağından təpitmə və kompres etmək müsbət nəticə verir.

Ağız boşluğunda, boğaz və diş əti xəstəliklərində qoz yağı ilə qarqara etməklə mövcud problemləri aradan qaldırmaq mümkündür.

Qoz yağı bütövlükdə bədənin ümumi tonusunu qaldırır, orqanizmin immun sistemini gücləndirir.

Artıq çəki problemindən qurtulmaq istəyənlər üçün qoz yağı əvəzolunmaz məhsuldur. Bu məqsədlə qoz yağından gündəlik olaraq 3 dəfə 20 qram ac qarnına, yeməkdən əvvəl qəbul etmək lazımdır.

Qoz yağı kosmetologiya sahəsində də geniş tətbiq olunur. O bütün növ dərilər üçün münasibdir. Vitamin və mikroelementlərlə zəngin olan qoz yağı dərini nəmləndirir, cavanlaşdırır, kənar təsirlərdən qoruyur.

Qoz yağının müalicəvi xüsusiyyətlərini saymaqla qurtarmaq olmaz. Ən başlıcası odur ki, bu yağ sağlam və cavan qalmaq istəyənlər üçün ən yaxşı məhsuldur.

Mədə xorasının kəskinləşməsi zamanı və mədə şirəsinin turşuluq dərəcəsi az olduqda qoz yağından istifadə etmək məsləhət görülmür. Müalicə məqsədi ilə istifadə edildikdə orqanizmin fərdi xüsusiyyətlərinə uyğunluğunu müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək vacibdir.

loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 553
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
MODABAZ
Nıfret eleyırem qozaaa
9 avqust 2016 14:59
10
Heyata daim gulmek lazimdii
Offline
Totu
Faydalı xəbər oldu
9 avqust 2016 09:02
9
Offline
Onun_Mələyi
Sitat: BARBI
Qoz cox faydalidir. Beyini inkisaf etdirir
aha, hemde cox sevirem))
9 avqust 2016 01:08
8
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
vipbetul
faydal melumat oldu
9 avqust 2016 00:35
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Balacam
Maragli məlumatdı Tewekkurler
8 avqust 2016 23:24
6
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Offline
Mrs.Kemale
tskrler xebercun
8 avqust 2016 22:57
5
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Offline
lale.veliyeva19
Qozun hım özü həmdə yağı çox faydalıdır
8 avqust 2016 22:30
4
Offline
Nezka
Qoz hər şeyə faydalıdı

Qoz hər şeyə faydalıdı
8 avqust 2016 22:02
3
İçimi görsən mənə aptek alarsan.
Offline
YalniZ-ArZu
Maraqli melumatlar oldu,tewekkur.
8 avqust 2016 21:56
2
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
BARBI
Qoz cox faydalidir. Beyini inkisaf etdirir
8 avqust 2016 21:50
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv