Yumşalan banandan necə istifadə etmək olar?

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 160
Səs ver:
(səs: 1)
ananı hər kəs sevər. Xüsusilə bananı sevməyən uşaq yox deyiləcək qədər az. Uşaqlar yeməkləri mövzusunda problem çıxardığında, banan anaların köməyinə qaçan nadir meyvələrdən. Sizin də mütləq qabına baxıb, yeməməkdə müqavimət göstərən uşağınıza "o zaman bu bananı ye baxaq" dediyiniz olmuşdur.
Nə var ki bu meyvənin ən böyük dezavantajı tez dəyib, yumşalması. Amma bunun da bir həlli var.

Budur sizə yumşalmış və qaralmağa başlamış bananlarınızı qiymətləndirmə yolları:

Dondurun
Bananların qabıqlarını soyub ikiyə bölün və dondurun. Dondurulmuş banan parçalarını dondurma niyyətinə uşaqlarınıza yedirə bilərsiniz, ya da meyvəli buzlu içəcək istehsalında istifadə edə bilərsiniz. Necə?

1 dondurulmuş banan
1 stəkan süd
1/2 stəkan dondurulmuş çiyələk

Bu vəsaitləri blenderdə qarışdıraraq uşaqlarınız və özünüz üçün qidalandırıcı bir içkilər edə bilərsiniz.

Keks hazırlamasında istifadə edin

Xüsusilə yaxşıca yumşalmış bananlar keks və bananlı çörək istehsalında istifadə edə biləcəyiniz ideal bir vəsait. Yaradıcılığınızı istifadə edin.

Şokolad ilə örtün

Dəymiş bananları yaxşıca əzin. Peçenye qəlibləri ilə şəkilləndirib, üzərlərinə əridilmiş şokolad çəkin və dondurun.

Qurudun
Bananları kiçik yumrular halında kəsərək bir nimçəyə düzün, 100 dərəcədə isidilmiş sobada 8 saat bişirin. Sobanın qapağını tamamilə bağlamayın və fen rejimini istifadə etmənin. Qurudulmuş bananları ləbləbilərlə birlikdə yemək aralarında uşaqlarınıza yedirə bilərsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri