Ev işlərini asanlaşdıran pik nöqtələr

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 392
Səs ver:
(səs: 1)
Gündəlik həyatda istər yemək edərkən,istər təmizlik edərkən çox vaxt itirdiyimizi hamımız fərqinə vararıq. Bəzən elə şeylər gəlir ki başımıza "Əfsus, indi mən nə edəcəyəm?" deyər dayanarıq. İndiki yazımızda həyatınızı asanlaşdıracaq praktik məlumatları qadınlar.biz oxucularına təqdim edirik.

1. Yemək edərkən duz qoyduğunuzu unudub təkrardan yeməyə duz əlavə etdiniz ya da əlinizdən qaçdı və yemək çox duzlu oldu yeyiləcək kimi də deyil! O qədər məşğul olub etdiyiniz yeməyin zay olmaması üçün etdiyiniz yeməyin içinə kartof doğrayıb atmanız, yeməyin çox duzunu çəkəcəkdir.

2. Şorbanın ayarı tutmadı və çox sulu oldu! İndi nə edəcəyəm deyə düşünməyin, konsistensiyasına görə yağ ilə əritdiyiniz 1 - 2 qaşıq unu şorbanıza yavaş - yavaş əlavə edin. Şorbanın konsistensiyasının istədiyiniz kimi olduğunu görəcəksiniz. Tam tərsi, istədiyiniz konsistensiyadan çox tünd mama konsistensiyasında olması vəziyyətində isti su əlavə edərək az-az konsistensiyasını aça bilərsiniz.

3. Keks edərkən vəsaitlərinizin otaq istiliyində olması keksinizin daha qabarıq olmasını təmin edəcək. Daha yumşaq bir keks üçün süd ilə daha sərt bir keks istəyirsinizsə qatıq ilə etməlisiniz.

4. Soğan soyarkən sizin də gözlərin yanır və yaşarmadan soya bilmirsinizsə, soğanları ikiyə bölüb su dolu bir qabın içində gözlətmək və soğanları su dolu qabın içində soymaq göz yaşlarınızın axmasını maneə törədəcək.

5. Quru qəhvələrinizin bayatlamaması üçün şüşə bir qabda içinə kəsmə şəkər qoyaraq mühafizə edin.

6. Düyü plovunuzun dümağ olmasını istəyirsinizsə bişirərkən içinə bir neçə damla limon damladın.

7. Ət & toyuq suyu hər yeməyə bilindiyi üzrə ləzzət qatar. Buz torbası ya da buz qəliblərinə qaynatdığınız toyuğun ya da ətin suyunu qoyub , ehtiyacınız olduqca qəliblərdən çıxarıb istifadə edə bilərsiniz.

8. Soğan - sarımsağın əlimizdə necə bir qoxu buraxdığını hamımız bilərik. Soğansız və sarımsaqsız yemək də olmaz. Yaxşı bu əlimizə sinən qoxulardan necə xilas ola bilərik? Həlli çox asan metal bir qaşıq ilə əllərinizi ovduğunuzda soğan və sarımsaq qoxusundan əsər qalmadığını görəcəksiniz.

9. İstifadə etdiyiniz limon& portağal qabıqlarını qab-qacaq maşınınızın içinə qoymanız qab-qacaqlarınızda xoş bir qoxu buraxacaq. (Hər yumada limon, portağal qabıqları dəyişdirilməli)

10. Şkaflarınızı açdığınızda xoş ətirli iy verməsini istəyirsinizsə gözəl qoxulu qəlib sabunları tül ilə bəzəyib şkaflarınızın içinə yerləşdirə bilərsiniz.

11. Qızartmanın ləzzətini müzakirəyə ehtiyac yoxdur: hər kəsin favorit yeməklərindən… Lakin qızartmanın ən böyük problemi yağ sıçratması, siz də bundan şikayətçisənsənik yağı qızartmadan əvvəl içinə bir tutam duz atın, yağının sıçramadığını görəcəksiniz.

12. Souslarınızın kiflənməsini istəmirsinizsə, şüşə bir qabda üzərinə zeytun yağı tökərək mühafizə edin.

13. Siyirtmələrinizi təmizləmək istəyirsiniz lakin o qədər paltarı tək-tək çıxarıb təkrar qoymaq çətinmi gəlir? O zaman elektrik süpürgənizin ucuna corab keçirib siyirtmələrinizi, şkaflarınızı təmizləməyi yoxlayın.

14. Zibil qutularından yayılan pis qoxunu maneə törətmək üçün, zibil qutunuzun içinə bir tutam karbonat ya da qabartma tozu tökün pis qoxuların yox olduğunu görəcəksiniz.

15. Ütü etməyi asanlaşdırmaq üçün alüminium kalganı ütü masasının örtüyünün altına qoyun, istiliyi əks etdirəcəyi üçün ütü işi etmək həm daha asan, həm də daha qısa davamlı olacaq.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri