Hansı meyvələrin kalorisi çoxdu?

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 868
Səs ver:
(səs: 2)
Hansı meyvələrin kalorisi çoxdu?

Portağal suyu

C vitamini baxımından zəngin olan portağal suyu immunitet sistemini gücləndirir. Xüsusilə qış aylarında içəcəyiniz təzə sıxılmış portağal suyu soyuqdəymələr və qripə qarşı qoruyur.Təzyiqin tarazlaşdırılmasına və ürək sağlamlığının qorunmasına kömək edən portağal suyu sadəcə 100 kaloridir.

Alma suyu
Aclıq, qan şəkərini tarazlayan, böyrəklərin tənzimlənməsində təsirli xüsusiyyətə sahib alma suyu xolestrolun düşməsinə də kömək edir. Həzm sistemi və
mədə xəstəliklərini yaxşılaşdırmaq, baş ağrısını aradan qaldırmaq üçün alma suyu içmək faydalıdır. Təzə sıxılmış alma suyu sadəcə 100 kaloridir.

Gilənar suyu
Gilənar tərkibindəki maddələr sayəsində hüceyrələrin yenilənməsini sürətləndirir. Sağlam və hamar bir üz dərisi üçün gilənar suyu köməyimizə çatır. Beyin ve sinir sisteminin inkişaf etdirir, sidik yollarını təmizləyir. Bir stəkan gilənar suyu sadəcə 110 kaloridir.

Üzüm suyu
Üzüm suyu bağırsaqları işlədici ve sidik sökdürücü xüsusiyyətə malikdir. Tərkibindəki antioksidant sayəsində üzün yaşlanmasının qarşısını alır, qan azlığını aradan qaldırır. Özünüzü yorğun hiss edərkən bir stəkan üzüm suyu içsəniz rahatlaşmış olduğunuzu hiss edəcəksiniz. Bir stəkan üzüm suyu sadəcə 150 kaloridir.

Ərik suyu
Qadınların risk altında olduğu sümük əriməsinə qarşı ərik suyu içərək qoruna bilərsiniz. Tərkibindəki kalsium ve maqnezium sayəsinde sümük əriməsinin qarşısını alır. Həzm sisteminin tarazlı işləməsi üçün lazımlı təbii lifləri yaradır, qəbzliyə qarşı təsirlidir. Bir stəkan ərik suyu sadəcə 110 kaloridir.

Kök suyu

Qan dövranını gücləndirir, bağırsaq sisteminin davamlı işləməsinə kömək edir. Sakitləşdirici və rahatladıcı özəlliye malikdir. Bədənin A vitamini ve beta karatin ehtiyacını qarşılayır. Mədə yanması problemi yaşayırsınızsa
bir stəkan təzə sıxılmış kök suyu köməyinizə çatacaq.Təzə sıxılmış bir stəkan kök suyu sadəcə 130 kaloridir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri