Çaydanlıq necə təmizlənir?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 380
Səs ver:
(səs: 1)
Çaydandakı əhəng təbəqəsini keçirmək üçün ehtiyacınız olan vəsaitlər yalnız sirkə və karbonat.

İlk olaraq çaydanı sirkəylə doldurun və gecə boyunca gözlədin. Səhər olduğunda sirkənin böyük əksəriyyətini çaydandan tökün. Dibində 1-2 barmaq qədər qalması yetər. Ardından qalan sirkənin üstünə 1yemək qaşığı karbonat əlavə edin. Karbonatı yüngülcə qarışdırıb təxminən bir dəqiqə gözlədin.

Gözlətdikdən sonra çaydanın içini bir fırça ya da süngərlə ovaraq təmizləyin. Yaxşıca təmizlədikdən sonra da çaydanınızı suyla durulayın.

Əgər ləkələriniz bir az inadçıdırsa və keçmədisə başqa bir üsul daha var. Bu üsulda ehtiyacınız olanlar duz və sirkə.

Çaydanınızın içinə bir çay stəkanı qədər sirkə və bir yemək qaşığı duz qoyub qarışdırın. Bu qarışığı 10 dəqiqə boyunca çaydanda gözlətdikdən sonra yenə süngər ya da fırça köməyi ilə ovalayaraq çətin ləkələri çıxara bilərsiniz. Artıq çaydanınız tərtəmizdir!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri