Qadınlarda infrakt riskini hansı içki azaldır?

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2 364
Səs ver:
(səs: 1)
Alimlər qəhvənin bilinməyən daha bir faydasını üzə çıxarıblar. Türkiyənin "Milliyət" qəzetinin verdiyi məlumata görə, xüsusilə qadınların gün ərzində
içdiyi 2-3 fincan qəhvə infarkt riskini aşağı salır. İsveçrədə aparılan araşdırmanın nəticəsinə, səhərlərin əvəzedilməz içkisi bu riski 25 faizə kimi azaldır.

Tədqiqat zamanı 10 il ərzindı 35 min qadın tədqiq edilib. Tədqiqatda iştirak edən qadınlardan 1680-i əvvəllər infarkt keçirib.

Araşdırmanın rəhbəri Susana Larssonun sözlərinə görə, bu nəticələr qəhvəni sevən, lakin onu içməkdə tərəddüd edən, eləcə də bir fincandan artıq qəhvə içəndə
vicdan əzabı çəkənlər üçün xoş xəbər sayıla bilər. Qəhvənin infarkt riski azaltmasının səbəbi isə insulinə olan tələbatı tənzimləməsi və stresin təsirlərini azaltmasıdır.

"Bəzi qadınlar qəhvə qəbulunu azaltmağa çalışırlar. Ancaq nəticələr göstərir ki, qəhvədən istifadə diabet, qaraciyər xərçəngi və infarkt riskini azaldır", deyə S. Larsson qeyd edib.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri