Baş ağrısına kömək olan qidalar

Müəllif: Pure Love
Şərhlər: 11
Baxılıb: 2 972
Səs ver:
(səs: 2)
Acılı ədviyyatlar: Ədviyyatlı yeməklər, baş ağrısından daha sürətli xilas olmanızı təmin edir. Ağrınız xüsusilə sinus tıxanıqlığına dözürsə ədviyyatlı yeməklər tıxanıqlığı açmağa köməkçi olur, unutmayın hava yolları açılınca baş ağrısına səbəb olan təzyiq də ortadan qalxır.

Susam: Salatlarınıza, şorbalarınıza susam əlavə edin çünki bu kiçik toxumlar, tərkibindəki E vitamini sayəsində östrojen səviyyənizi stabilize edərək menstruasiya dövrlərində migren ağrısı çəkmənizi önləyir. Susam, qan dövranını tənzimləməsinin yanında tərkibindəki maqnezium sayəsində də baş ağrısından qorunmanızı təmin edir.

Badam: Bir araşdırmaya görə badamın tərkibində olan maqnezium, damarları rahatlaşdıraraq bədəni baş ağrısından qoruyur. Bəzi mütəxəssislər xüsusilə migren şikayəti olanların, maqneziumdan zəngin qidalar qəbul etdiklərində rahatladıqlarına inanır. Maqnezium alışınızı artırmaq üçün banan, qurudulmuş ərik, avokado, badam, kaju və əsmər düyü qəbul edə bilərsiniz.

İspanaq salatı: Qan təzyiqini salan ispanağı, bu sayədə baş ağrısının yüngülləşməsini də asanlaşdırır. Baş ağrısı ilə mübarizə aparan qidaları bir araya gətirərək gözəl bir salat hazırlaya bilərsiniz. İki stəkan ispanaq salatı, yarım stəkan küp şəklində doğranmış qarpız, yarım stəkan doğranmış quru ərik, iki çay qaşığı döyülmüş qoz və ya badamı qarışdırın, üzərinə limon əlavə edin.

Qarpız: Susuzluq səbəbiylə ortaya çıxan baş ağrısını bir dahaki səfər dərman içmək yerinə qarpız kimi su nisbəti yüksək meyvələr qəbul edərək xərcə bilərsiniz. Tərəvəz və meyvələrdə olan təbii su, baş ağrısından qorunmaq üçün lazımlı olan maqnezium kimi mineralları bol miqdarda ehtiva edir.

Qatıq: Əgər başınız döyünürsə bədəniniz kalsium üçün çağırış edir ola bilər. Beyin funksiyalarının yaxşı çalışması üçün lazımlı olan kalsium qatıqda bol miqdarda var. Şəkər və süni dadlandırıcı istifadə edilməmiş olanların seçilməsi təklif edilir.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri