Qaraciyəri, böyrəkləri möhkəmləndirən, soyuqdəymənin qarşısını alan meyvə

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 1 817
Səs ver:
(səs: 1)
İstər bənövşəyi olsun, istər qara və ya ağ. Yayın sevimli meyvələrindən olan tut antioksidan tərkibi baxımından çox faydalıdır.

İlk növbədə qeyd edək ki, tut A vitamini, K vitamini, B qrupu vitaminləri, dəmir, kalium və fosfordan zəngindir. Eyni zamanda antosiyan, lutein, ksantin və beta-karoten kimi əhəmiyyətli antioksidanların qaynağıdır. Bu xüsusiyyəti sayəsində bir çox xəstəliyin müalicəsində və dəriyə qulluq üsul və vasitələrində istifadə olunur. Təxminən 1 stəkan qədər tut, 1 boşqab meyvəyə bərabərdir.

Bu meyvənin faydalarını isə belə sıralaya bilərik:

1. Tut - ehtiva etdiyi antioksidanlar sayəsində xərçəngə tutulma riskini azaldır.

2. Tut - qan təzyiqinin tarazlıqda qalmasını təmin edir, qanın laxtalanmasını mane olur.

3. Tut - qansızlığın aradan qaldırılmasına kömək edə bilər.

4. Qan şəkərinin tarazlanmasını təmin edir.

5. Qaraciyər və böyrəkləri toksinlərdən təmizləyir.

6. Soyuqdəymə və qripin qarşısını almaqda təsirlidir.

7. Xolesterol səviyyəsinin tarazlıqda saxlanmasını təmin edir.

8. İmmunitet sistemini gücləndirir.

9. Antioksidan xüsusiyyəti sayəsində dəri sağlığına faydalıdır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 817
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri