Turş limonun şirin faydaları - ARAŞDIRMA

Müəllif: Lola_Maya_
Şərhlər: 8
Baxılıb: 412
Paylaş:
Səs ver:
(səs: 0)
Limonun tərkibində antibakterial xüsusiyyət olduğu üçün immun sistemini gücləndirir. Bu meyvə həzm sistemini asanlaşdırır. Limonun tərkibində kalsium, maqnezim, vitamin C, pektin, limutin və limon turşusu vardır. Limonun tərkibində olan C vitamini dərinin təravətli olması üçün lazımlı maddədir. Bir limonu səhər açqarına yemək çox faydalıdır.

Limon iztirabı aradan aparar
Limon insana rahatlıq hissi verir və ifrat dərəcədə olan yorğunluğu aradan qaldırır. Limon yağı zehnin qüdrətini gücləndirir. İş mühitində işçilərin zehni fəaliyyətini gücləndirmək üçün limon ətrindən istifadə edirlər. Əgər əsəbisinizsə limon yağının bir neçə damcısını dəsmalın üstünə tökün və onu iyləyin.

Limon ağız iyini aradan qaldırar
Limon bekteriya əleyhinə olduğu üçün ağızda olan bakteriyaları tez bir zamanda məhv edə bilir. Bunun üçün gündə üç dəfə 1 stəkan suya bir limonun sıxılmış şirəsi ilə qar-qara etməyiniz kifayətdir. İlk əvvəl yandırma hiss edə bilərsiniz. Ancaq davamlı istifadə etsəniz, yandırma hissi azalacaqdır.

Qızdırma
Qızdırmanın müxtəlif səbəbləri ola bilər. Ancaq limon hər bir halda faydalıdır. Hər iki saatdan bir, bir stəkan suya bir qaşıq bal və bir limonun şirəsini tökün və qarışdırb için.

Döyənək bağlamış dəri
Limon məlhəmini (mazını) həmin döyənək olan yerə sürtün və bir gecə saxlayın. Ya da limonun 5 milli ölçüsündə kəsilmiş dərisini həmin yerə bağlayıb yatın və səhər açın. Döyənəyi aradan aparacaqdır.

Eqzema
Əgər eqzema xəstəliyindən əziyyət çəkirsinizsə, limon sakitləşdirici ola bilər. Limon yağının 8 damcısını bir stəkan su ilə qarışdırın və ona bir qaşıq bal əlavə edin. Sonra təmiz parçanı bu mayeyə batırıb 2-3 gün həmin yerin üzərində 15 dəqiqə saxlayın. Bu maye qaşınmanı da aradan aparar.

İfrat dərəcədə yorğunluq
O kəslər ki, uzun səfərdən gəliblər, limonun üzərində deşik açıb, onu sovura bilərlər. Bu maye onların yorğunluğunu qaldıracaqdır. Limon yağı beynin fəaliyyətini təhrik etdiyi üçün nə zaman yorulsanız və ya diqqətinizi cəm etmək istəsəniz limon yağının 4 damcısını bir stəkan suya tökün və bir neçə saatdan bir ondan için.

Yüksək qan təzyiqi
Soğan, sarımsaq və limon yüksək qan təzyiqinin dərmanıdır. 3 diş sarımsağı əzin, bir soğanı doğrayın və 4 stəkan südlə bişirin. 5 dəqiqə soyudun və onu sürtgəcdən keçirin. Soyuducuya qoyun. Bu qarışığa 3 limonun suyunu əlavə edin. Gün ərzində ondan yeməyə çalışın.

Həşəratları qovar
Bir stəkan suya 20 damcı limon yağı əlavə edin və onu havaya səpin və ya həşəratların olduğu yerə səpin. Əgər təmiz havadasınızsa o zaman 10 damcı limon yağını bir qaşıq duru yağ ilə qarışdırın və dərinizə sürtün.

Ağrı
Tədqiqat göstərir ki, limon revmatizm ağrıları üçün faydalı bir meyvədir. Ona görə də gündə üç dəfə bir stəkan suya bir limon şirəsini sıxın və için. Əgər ağrınız çoxdursa, iki limon sıxın.
Diqqət etməli nöqtə budur ki, bəzi insanların limona qarşı allergiyası olur, ona görə də bu insanlar limondan uzaq dursunlar.

loading...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 412
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Limon çooooooooox sevirəm təşəkkürlər
22 oktyabr 2016 10:38
8
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
Gultekin.A
Limonun ozunden cox qabigini sevirem.limon alan kimi lut qoyuram onu
18 sentyabr 2016 00:34
7
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
MODABAZ
Sitat: son bahar
limon cox sevirem sirniyyatlarda salatlarda xususen baliq yemeklerine xususi dad qatir faydalarinan xeberim var

limonu cox sevirem sirniyyatlarda salatlarda xususen baliq yemeklerine xususi dad qatir faydalarinan xeberim var
17 sentyabr 2016 23:56
6
Heyata daim gulmek lazimdii
Offline
Cindrella
Limonun faydalarini bilirdim.
17 sentyabr 2016 22:01
5
Offline
son bahar
limon cox sevirem sirniyyatlarda salatlarda xususen baliq yemeklerine xususi dad qatir faydalarinan xeberim var

limonu cox sevirem sirniyyatlarda salatlarda xususen baliq yemeklerine xususi dad qatir faydalarinan xeberim var
17 sentyabr 2016 21:50
4
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
vipbetul
limonu cayla deyil bele yemeyi xosluyuram

limonu cayla deyil bele yemeyi xosluyuram

limonu cayla deyil bele yemeyi xosluyuram
17 sentyabr 2016 21:03
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Limon cox faydalidir. 'Men de cox istifade edirem.
17 sentyabr 2016 20:50
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Sara035
Yagindan istifade edirem.Sevirem limonu qizlar vapşe
17 sentyabr 2016 20:39
1
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv