Qara ciyəri təmizləyən və bərpa edən tərəvəz

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 439
Paylaş:
Səs ver:
(səs: 0)
Tam əminliklə deyə bilərik ki, bu tərəvəz qara ciyər üçün ən faydalı məhsullardan biridir.
Qədim zamanlarda ənginar zəhərlənmələr, ödemlər, sinqa (vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlik), kişilərdə impotensiya zamanı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.
Avropada ənginar delikates və "əsilzadələrin yeməyi" sayılırdı. Bu tərəvəzi yalnız varlı insanlar yeyə bilərdilər.
Ənginar müxtəlif vitaminlər (B qrupu, C, K), minerallar (kalium, sink, selen, mis, marqans, maqnezium, fosfor, kalsium, dəmir), karotin, orqanik turşular, qidalı liflərlə zəngindir.

-Ənginar qara ciyərin fəaliyyətini yaxşılaşdırır, təmizləyir və qara ciyərin hüceyrələrini bərpa edir. Bu tibbdə təsdiq olunmuş faktdir. Məhz bu səbəbdən dünya əczaçılıqda bu tərəvəzi, onun yarpaqlarını və köklərini müxtəlif qara ciyəri bərpa edən təbii dərmanların tərkibinə daxil edirlər.

-Ənginar öd kisəsinin fəaliyyətinə və sağlamlığına olduqca müsbət təsir edir - ödqovucu effekt verir, öd kisəsində durğunluğu aradan qaldırır, öd kisəsinin iltihabının qarşısını alır.

-Ənginar həmçinin sidikqovucu, iltihabəleyhinə təsirə malikdir. Qanda şəkərin və "pis" xolesterinin səviyyəsini aşağı salır.

-Təsdiq olunub ki, bu tərəvəzin müntəzəm qəbulu orqanizmi toksinlərdən, ağır metalların duzlarından, nitratlardan və s. ziyanlı maddələrdən təmizləyir.

-Ənginar həzm proseslərinə də müsbət təsir edir - iştahanı artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən və köpdən azad edir, bağırsaqların mikroflorasına müsbət təsir edir.

-Ənginar mübadilə prosesləri yaxşılaşdırır və sürətləndirir. Arıqlamaq istəyən insanlar bu azkalorili tərəvəzi öz qidalanmasına rahat daxil edə bilərlər.

-Ənginar şirəsi dəriyə müsbət təsir edir - iltihabları azaldır, psoriaz, ekzema kimi xəstəliklər zamanı kömək edir.

-Antioksidantlarla zəngin olan ənginar orqanizmdə qocalma prosesləri ləngidir, ürək-damar sistemi xəstəliklərinin, xərçəng xəstəliklərinin qarşısını alır.

-Belə hesab olunur ki, ənginar şirəsi kişilərin cinsiyyət sistemi üçün çox xeyirlidir - ponetsiyanı artırır.

-Ənginar kulinariyada geniş istifadə olunur. Ənginarı bişirirlər, qızardırlar, müxtəlif tərəvəz qidalarına, pissalara, piroqlara və s. əlavə edirlər. Təzə ənginar salatlara əlavə olunur.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 439
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Barbaris
Sitat: _Gülər_üzlü_
İlk dəfədir ki eşidirəm enginar sözünü.....


mende
19 sentyabr 2016 11:55
5
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
Onun_Mələyi
İlk dəfədir ki eşidirəm enginar sözünü.....
19 sentyabr 2016 11:50
4
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
son bahar
melumatli deyildim twk
19 sentyabr 2016 10:10
3
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
vipbetul
faydali melumatdir
19 sentyabr 2016 09:45
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Enginar faydali terevezdir.Turklerin bas tacidir.Bildiyim qederiyle bizde becerilmir
19 sentyabr 2016 04:47
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv