Daha çox su içməyiniz üçün məsləhətlər

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 1 527
Səs ver:
(səs: 0)
1) Səhər Ac qarnına və naharlardan 30 dəq. əvvəl su içməyi vərdiş halına gətirin
Səhərlər ac qarnına içkiniz bir stəkan su sizi yalnız oyandırıb təzələmir xanımlar. İçdiyiniz bir stəkan su ilə maddələr mübadiləsi sürətinizi odlayacaq və kilo verməyə bir addım daha yaxınlaşmış olacaqsınız. Bir daşla iki quş kimi yəni. Vərdiş qismində çətinlik çəkəcəyinizi bilirik. Lakin edilən bir araşdırmaya görə hər hansı bir hərəkətin vərdiş halına gələ bilməsi üçün yalnız 21 gün boyunca tətbiq olunması kafiymiş.

2) Suya aroma qatın
Su içməmə səbəbi bəlkə də suyun dadından xoşlanmamanızdır. Narahat olmayın, bunun çox sadə bir həlli var. Bir qaba dilimləyəcəyiniz təzə meyvələrlə suyunuzu dadlandıra bilərsiniz. Ya da limon və xiyar dilimləyib nanə yarpaqları da əlavə edərək fərahlaya bilərsiniz.

3) Tualetdən sonra 1 stəkan su
İçdiyiniz hər stəkanda su bədəninizi toksinlərdən təmizləmək üçün hərəkətə keçmə səbəbindən siz də tualetin yolunu tutursunuz. Tualetdən çıxdıqdan sonra 1 stəkan su içməyi xatırlamaq gündəlik almanız lazım olan su miqdarını tutmanıza köməkçi olacaq.

4) Sidik rənginizi izləyin

Kifayət qədər su içib-içmədiyinizi anlamağın ən asan yolu, sidik rənginizə nəzarət etməkdən keçir. Əgər sidiyiniz tünd və sarı rəngli görünürsə daha çox su içməniz lazım olduğunu anlamalısınız. Yaxşı aydın və şəffaf rənglidirsə? Bax o zaman doğru yoldasınız deməkdir.

5) Su şüşəsi əldə edin
Su şüşələri həm davamlı mətbəxə getmə dərdindən qurtardıqları, həm də içdiyiniz miqdarı izləməyi asanlaşdırdıqları üçün çox rahatlar. Siz də bəyəndiyiniz rəng və naxışlarda bir su şüşəsi əldə edin. Daha sağlam olması baxımından şüşə olmasına diqqət göstərməyi də unutmayın! Bu xüsusilə işləyən qadınların çox işinə yarayacaq bir üsuldur. Masanızın üzərində şüşə görmək sizə su içməyi xatırladacaq.

6) Özünüzlə yarışın
Günün müəyyən saatları üçün özünüzə su içmə hədəfləri qoyaraq işləri bir az daha əyləncəli hala gətirə bilərsiniz. Məsələn: "Saat 11:00-ə qədər 500 ml su içmiş olacağam" kimi bir hədəf qoyun və müvəffəqiyyətli olsanız özünüzə kiçik mükafatlar verin. Ləzzətli bir parça şokolad kimi! Dərhal su içməyə getdiniz deyilmi?
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 527
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri