Bunları bilin

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 1 827
Səs ver:
(səs: 0)
1.Şamlarınızı yandırmazdan əvvəl 24 saaat soyuducuda saxlasanız daha uzunömürlü olar.
2.Süngərlərinizi 2 yerə bölərək israçılığın qarşısını ala bilərsiniz.
3.Əgər qələminizin pozanı bitmək üzrədirsə,pozanı çıxarıb altına kiçik bir parça kağız yerləşdirib pozanı yerinə taxıb istifadə edə bilərsiniz.
4.Belə bir üsul:məsələn uşağınıza yeni oyuncaq almısınız və bu oyuncaq 3 iri batareya ilə işləyir.Sizin isə cəmi 2 böyük,1 kiçik batareyanız var.Bu halda kiçik batareyanı da oyuncağa taxıb boş qalan yerə bir parça alüminium folyo sıxışdırıb işə sala bilərsiniz.
5.Güldandakı gülün dibinə şəkər və ya votka tökərək daha gec solmasını təmin edə bilərsiniz.
6.Doğranmış pomidor bankalarını soyuducuya tərs üzünə,yəni ağzı üstə qoyaraq küflənməsinin qarşısını ala bilərsiniz.
7.Bananları bir -birindən qoparıb ayrı-ayrı saxlasanız qaralmasını və xarab olmasını gecikdirə bilərsiniz.
8.Çörəyi bir qədər kərəviz sapı ilə birgə saxlasanız çörəyin təzə qalmasını təmin edə bilərsiniz.
9.Limon və duzu külqabıya töküb sürtsəniz siqaret iyi yox olar.
10.Əgər stəkanlarınızın dibinin ləkəsini təmizləməyə pastanız bitibsə,həmin pastanı duz ilə əvəz edə bilərsiniz.
11.Əgər xörək çox duzlu çıxıbsa onda xörəyə 1-2 ədəd kartof soyub vurun.Kartof duzu özünə çəkər.
12.Əgər xörək çox yağlı çıxıbsa onda bir dilim çörəklə xörəyin üzünün yağını ala bilərsiniz.
13.Soyuducunuzdan xoşagəlməz iylər gəlirsə,onda soyuducuya bir parça çörək qoyun.
14.Əgər evdən siqaret iyi gəlirsə,onda evin hər hansı bir yerinə yaş süngər qoyun.
15.Dırnağınıza boya çəkməzdən əvvəl sirkə ilə təmizləsəniz yaxşı olar.
16.Paltarlarınızın rəngini qorumaq istəyirsinizsə paltaryuyana 1-2 qaşıq duz tökün.
17.Əgər sizə qonaq gəlibsə və siz evdə oln içkinizi tez bir zamanda soyutmaq istəyirsinizsə onda həmin salfetə büküb isladıb buzluğa qoyun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri