Çaydanın ərpini necə təmizləmək olar

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 7 172
Səs ver:
(səs: 0)
Ərp tutmuş çaydanı təmizləmək evdar qadın üçün ən xoşagəlməz işlərdəndir.Bu məqsəd üçün satışda bəzi hazır vasitələr var.Bunula yanaşı başqa vasitələr də vardır.

Çaydanın ərpini təmizləmək üçün illər uzunu çay sodası və sirkə essensiyası işlədilmişdir.Çaydana isti su töküb odun üzərinə qoyun.Qaynayana yaxın çay sodası(1l suya 2-3 xörək qaşığı)əlavə edin.Çaydan yavaş-yavaş qaynadıqda (20-25 dəqiqə müddətində)onu yerə düşürüb soyumasını gözləyin.

Bundan sonra suyunu boşaldıb yenidən isti su ilə dolduraraq sirkə(essensiya)(1l suya 1-2 çay qaşığı) əlavə edib yarım saat qaynadın.Adətən belə əməliyyatdan sonra ərp yumşaılb boşalır,onu taxta parçası ilə asanlıqla qaşımaq olur.Bundan sonra çaydanı soyuq su ilə yaxalayıb möhkəm yumaq məsləhət görülür.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri