Acı bibərin şirin möcüzəsi

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2 669
Səs ver:
(səs: 0)
Türkiyəli diyetoloq Yeşim İşgüzar qırmızı istiotdakı kapsaisin adlı maddənin bədəndə müxtəlif təsirlər yaratdığını deyib.

Mütəxəssisin sözlərinə görə, qırmızı bibər bir çox xəstəliklərin müalicəsində effektli təsir göstərir, xroniki ağrıları azaldır, həmçinin xoşbəxtlik hormonlarının inkişafına təkan verir.

Kapsaisin müxtəlif hüceyrələrdə bədxassəli şişlərin yaranmasının qarşısını alır. Yəni sağlam bədən hüceyrələrini qoruyaraq xərçəng hüceyrələrinin məhv edilməsinə yardımçı olur.

Aparılan araşdırmalarda sübut olunub ki, yüksək karotenoid tərkibi sayəsində qırmızı bibər prostat, mədə, sidik kisəsi və qaraciyər xərçəngi xəstəliyinə müalicə edici təsir göstərir.

Mədə turşusunu artıraraq, həzmi asanlaşdırır və sidikqovucu təsir yaradır.

Tərkibindəki ətirli dad sayəsində endorfin adlanan xoşbəxtlik hormonlarını aktivləşdirir, dolayısı ilə əhval-ruhiyyəni qaldırır.

Kapsaisin beyində endorfin ifraz olunmasını təmin edir, endorfinin isə morfinə bənzər ağrıkəsici və sinirləri yumşaldıcı təsiri var.

Lifli tərkibi sayəsində xolesterini azaldır.

Tərləməni artıraraq orqanizmdən toksinlərin xaric olunmasını təmin edir.

Metabolizmi sürətləndirməklə bərabər, eyni zamanda iştahaçıcı təsir göstərir.

Vəba və podaqra xəstəliklərinin müalicəsində istifadə edilir, şiddətli və xroniki ağrıları aradan qaldırır. Əzələ ağrısı və revmatizm xəstəliklərinin müalicəsində məlhəm şəklində istifadə edilir.

Qırmızı bibərin bəlğəmgətirici funksiyaları var, xroniki bronxiti yüngülləşdirir, tənəffüs çətinliklərini aradan qaldırır.

Sağlam insan gün ərzində təxminən 100 qram təzə bibər yeməlidir. Sağlamlıq baxımından qırmızı bibəri közlənmiş, ya da çiy yeyilməsi məsləhətdir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri