Bilməniz gərəkən 7 xəmir növü - pizza xəmiri (1)

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 839
Səs ver:
(səs: 0)
7 xəmir növü vardır ki, hər bi evdar xanım özü hazırlamağı bacarmalıdır. Dadlı və ləziz təamlar bişirməniz üçün sizlərə bu əsas xəmir növlərinin reseptlərini təqdim edirəm.

Pizza xəmiri
Dadlı pizza bişirmək üçün əvvəlcə sizlərlə xəmir hazırlanmasında bəzi incə detalları bölüşmək istəyirəm.
-Unu mütləq ələyin – bu zaman onu oksigenlə zənginləşdirmiş olacaqsınız ki, bu da xəmirin yumşaq və diş-diş olmasını təmin edəcək
-Xəmir üçün keyfiyyətli maya istifadə edin, əks təqdirdə xəmirdən xoşagəlməz ətir gələcək
-Xəmiri yoğurmaq üçün soyuq su istifadə edin, bu zaman xəmir yumşaq və elastik olacaq, ancaq çox da soyuq olmsın
-Pizza xəmirini heç vaxt oxlov ilə yaymayın, əlləriniz ilə ortadan kənara doğru açın
-Xəmirin soba nimçəsinə yapışmaması üçün nimçəni duru yağla yağlayıb bir az un səpin

Ərzaqlar:
Su – 2/3 st
Maya – 1 ç/q
Un – 2 st
Duz – 1 ç/q
Zeytun yağı - 1 x/q

Hazırlanması:
Mayanı ilıq suya əlavə edib yaxşıca həll edin. Unun üzərinə duz və həll etdiyiniz mayanı əlavə edib xəmir yoğurun. Un səpilmiş quru masanın üzərində xəmiri 10 dəqiqə ərzində yoğurun ki, xəmir yumşaq və elastik olsun. Lazım gələrsə un əlavə edin. Xəmirin hər tərəfinə zeytun yağı çəkin və böyük bir qaba qoyun. Üzərini qida kuloku ilə örtüb yel (skvoznyak) tutmayan yerdə 1.5 saat iki dəfə qalxana qədər acıdın.
Xəmiri iki yerə bölüb kündə düzəldin. Un səpilmiş masada üzərini kulok ilə örtüb 60 dəqiqə gözləyin. Əlinizlə xəmiri yayıb üzərinə istədiyiniz içliyi qoyun və 180-200C dərəcə sobada təxminən 10 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri