İdeal biskvit bişirməyin 4 üsulu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 2 934
Səs ver:
(səs: 0)
Lazım olan ərzaqlar:
I Qayda
4 ədəd yumurta
150 qr şəkər tozu
150 qr un
1 x/q qabartma tozu
II Qayda
4 ədəd otaq temperaturunda yumurta
150 qr şəkər tozu
100 qr un
100 qr kartof nişastası
1 ç/q qabartma tozu
80 qr kərə yağı
1 çimdik vanil
III Qayda
5 ədəd yumurta
165 qr şəkər tozu
130 qr un
50 qr kartof nişastası
IV Qayda
1 qab qatılaşdırılmış süd
4 ədəd yumurta
120 qr un ( 8 x/q)
50 qr əridilmiş kərə yağı
yarım ç/q soda

Hazırlanma qaydası:

I Qayda
Yumurtaları və şəkər tozunu bir qaba tökürük. Su hamamında daim qarışdıraraq kütləni əridirik. Şəkər tozu tam əridikdən sonra, qarışımı su hamamından götürüb, mikserin maksimal sürətində 10 dəqiqə çalırıq. Kütlənin üzərinə ələkdən keçirilmiş un və qabartma tozunu yavaş-yavaş əlavə edirik. Taxta qaşıqla aşağıdan yuxarı doğru qarışdırırıq. Öncədən 180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişiririk. Biskvitin hazır olub-olmadığını çöplə deyil əlimizlə yoxlayırıq. Sobanın qapağını açanda bu biskvit aşağı çökmür. Odur ki Əlimizlə yavaşca üzərinə basırıq. Əgər süngər kimi geri qayıdırsa, demək biskvit hazırdır. Bu üsulla hazırlanmış biskviri ortadan eninə iki və ya üç hissəyə bölüb, arasını kremləyib, tort hazırlamaq olar.

II Qayda
Yumurtaları şəkər tozu ilə 3 qatına qalxanadək mikserlə çalırıq. Bu müddət ərzində kərə yağını ocaqda əridib, soyuduruq. Mikserlə qaışdırdığımız kütləyə vanil əlavə edirik. Un, nişasta və qabartma tozunu da ələyib, yumurtalı qarışıma ehtiyatla tökürük. Aşağıdan yuxarı doğru taxta qaşıqla qarışdırırıq. Üzərinə ilıqlanmış yağı əlavə edib, qarışdırmağa davam edirik. Biskvit qəlibinin dibini azca yağlayıb, un səpirik. İçərisinə xəmiri töküb, 180 dərəcə isidilmiş sobada təxmini 40 dəqiqə bişiririk. Bu biskviti həm soyudub, üzərinə şəkər kirşanı səpərək, həm də kəsib arasını kremləyərək süfrəyə verə bilərsiniz.

III Qayda
Yumurtaların ağını sarısından ayırırıq. Ağını 2 qatına çıxanadək mikserlə çalırıq. Tədricən üzərinə şəkər tozu töküb, çalmağa davam edirik. Mikseri saxlamadan yumurtanın sarısını da bir-bir qarışıma tökürük. Kənarda un və nişastanı birgə ələkdən keçiririk. Yavaş-yavaş qarışıma töküb, mikserin aşağı sürətində qarışdırırıq. Biskvit qəlibinin dibinə yağlı kağız qoyub, üzərinə xəmiri tökürük. 160 dərəcə isidilmiş sobada 45 dəqiqə bişirdikdən sonra qəlibi sobadan çıxarıb, soyuduruq. Sonra qəlibin kənarını ehtiyatla açıb, biskviti çıxardırıq.

IV Qayda
Yumurtaları yumşaldılmış yağ və qatılaşdırılmış südlə mikser vasitəsilə çalırıq. Üzərinə ələkdən keçirilmiş un və sodanı töküb, qarışdırmağa davam edirik. Biskviti 180 dərəcə isidilmiş sobada 25 dəqiqə bişiririk.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri