Bilməniz gərəkən 7 xəmir növü - biskvit xəmiri (5)

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 840
Səs ver:
(səs: 0)
7 xəmir növü vardır ki, hər bi evdar xanım özü hazırlamağı bacarmalıdır. Dadlı və ləziz təamlar bişirməniz üçün sizlərə bu əsas xəmir növlərinin reseptlərini təqdim edirəm.

Biskvit xəmiri
Biskvit xəmirinin hazırlanmasında bəzi məqamlar var ki, bu xəbərdə onları sizlərlə bölüşəcəm.
-Biskvit xəmirinin hazırlanmasında istifadə olunacaq bütün ərzaqlar, eyni zamanda xəmiri hazırlayacağınız qab da eyni temperaturta olmalıdı, sərin otaq temperaturunda
-Unu mütləq bir neçə dəfə ələmək lazımdır
-Yumurta ağını sarısından çox səliqəli şəkildə ayırın. Ağları çalan zaman o sərin olmalıdır.
-Ərzaqları uzun müddət çalmaq olmaq, yoxsa onun köpü yatar
-Sobanı əvvəıcədən 180C dərəcəyə qədər qızdırmaq lazımdır. Soba qızana hazır çalınmış xəmiri gözlətsək biskvit yaxşı köpməyəcək
-20-25 dəqiqə sobanın qapısını açmaq olmaz, o zaman biskvitin köpü yatır

Ərzaqlar:
Un – 180 qr
Yumurta – 4 ədəd
Vanil
Şəkər – 150 qr

Hazırlanması:
Yumurta ağlarını sarısından ayırın. Sarıları ağarıb köpüklənənə qədər çalın . Ağları da mikserin ən zəif dərəcəsində çalın, tədricən az-az, hər dəfə 1 ç/q şəkər və vanil əlavə edin. Mikseri söndürmədədn çalınmış sarıları az-az (1ç/q) əlavə edin və çalmağa davam edin. Unu bir neçə dəfə ələdikdən sonra qarışıma əlavə edin və asta-asta qaşıq ilə aşağıdan yuxarıya doğru qarışdırın. Hazır qarışımı yağlı kağız sərilmiş soba nimçəsinə tökün və 190-200C dərəcədə 20-25 dəqiqə bişirin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 840
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri