Mətbəxi təmiz və səliqəli saxlamaq elə də asan deyil. Ancaq təcrübəli ev xanımları mətbəx təmizliyinin incəliklərinə bələddirlər və mətbəxlərini təmizləməyə elə də çox vaxt sərf etmirlər. Təcrübəli ev xanımlarının mətbəx təmizliyi sirrlərini sizinlə bölüşürəm: Şüşə qablar Şüşə qabları dükanlardan alınan kimyəvi vasitələrdən istifadə etmədən asanlıqla təmizləmək olar. Bunun üçün isti suya bir az duz və uksus əlavə edin. Şüşə qablarınız par par parıldayacaq.
Alüminium qazanlar Alüminium qazanlarınızın içərisinə kartof qabığı, alma qabığı və uksus əlavə edib qaynatsanız içərisi yenidən ilk günkü kimi parıldayacaq.
Emallı qazanlar Zamanla qaralmış və yanmış şirəli qazanları 1 xörək qaşığı duz əlavə edilmiş qab şampunu ilə qaynadın və yaxşıca yuyun. Qazanın içinin qaralmasının qarşısını almaq üçün ayda bir dəfə uksus əlavə edib qaynadın.
Soyuducu Soyuducuların içini soda məhlulu ilə tər təmiz edə bilərsiniz. Belə ki, 1 litr suya 4 xörək qaşığı soda əlavə edin və soyuducunun içini bu məhlul ilə təmizləyin. Təmizlik və təravəti zəmanət etmiş olacaqsiniz.
Süd daşıbsa Əgər süd isti qazın üstünə daşıbsa həmin yerə bir az duz səpin və üzərini perqament kağızı ilə örtün. Sonra dəmizləyin.
Unu saxlamaq Unu uzun müddət həşərat düşmədən saxlamaq istəyirsinizsə un saxladığınız yerə bir diş qabıqdan təmizlənməmiş sarımsaq qoyun.
Bıçaqların itilənməsi Bıçaqları itiləməmişdən əvvəl onları bir müddət duzlu suda saxlayın və sonra silməmiş itiləyin.
Ətçəkənin təmizlənməsi Ətçəkənin asan yuyulması üçün əti çəkib qurtarandan sonra bir ədəd çiy kartof çəkin.
Stəkanlar tez qrılmasın Stəkanların tez qırılmaması üçün onları soyuq suyun içərisində qazın üzərinə qoyun və qaynadın. Qaynara düşən kimi altını söndürüb elə bu suda da soyudun.