Təmizlik ilə bağlı doğru bilinən yalnışlar

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 1 814
Səs ver:
(səs: 0)
Bu xəbərdə təmizlik edərkən diqqət yetirməmiz lazım olanları və doğru bildiyimiz səhvlərdən danışacam sizlərə.

Tez-tez etdiyimiz təmizlik səhvlər...
Təmizlik etmək, silmək, süpürmək, toz almaq... Yaşadığımız yerin təmiz olması, mikrob və çirklərdən təmizlənməsi üçün xərclədiyimiz o qədər eforla əslində fərqində olmadan mikrobları yayır, daha çox çirklədir və bilmədən sağlamlığımıza zərər verir ola bilərik. Səhv təmizlik vəsaiti istifadə etmək, səhvli təmizləmə texnikaları və ya təmizlik əsnasında tədbir almamaq yalnız səhv təmizlik deyil istənməyən qəzalara və sağlamlıq problemlərinə də gətirib çıxarır.

1- İnadçı və çətin çirklər daha çox təmizlik məhsulu ilə daha asan çıxar...
Biz qadınlar inadçı və çətin ləkələri və ya çox çirkli gördüyümüz sahələri təmizləmək üçün olması lazım olandan daha çox təmizlik məhsulu istifadə edərik. Bu ən sıx edilən səhvlərdən biridir. Miqdarın çox olması çirkin asan çıxması, mənasını verməz. Bu tərz çirkləri təmizləmək üçün təmizlik vəsaitini çirkin üzərinə kifayət qədər və çirkli səthi örtəcək şəkildə tökün və gözləyin. Təmizlik məhsuluna çirkin çıxmasını təmin edəcək qədər zaman verin və daha sonra təmiz bir bez köməyiylə silmə, təmizləmə və durulama əməliyyatını edin.

2- Şüşələri silmək üçün havanın açılmasını gözləmək lazımdır…
Qadınlar şüşələrdə təmizlik üçün gözəl günəşli günlər gözləyərlər. Halbuki şüşə təmizliyində bol günəşli günlər çox da işə yaramaz. Çünki, günəşli günlərdə şüşəyə tətbiq etdiyiniz su zərrəcikləri tez quruyar, və bu vəziyyət şüşədə ləkələrə gətirib çıxarar. Şüşə silmək üçün ən ideal zaman buludlu havalardır. Bu havalarda şüşə təmizliyi çox daha rahat və asan edilər.

3- Bol köpük mikrobları öldürər...
Hamımız mikrobların ən köpüklü yuyucula keçəcəyinə inanar, bolca köpürən təmizlik vəsaitlərini seçərik. Halbuki ən köpüklü yuyucuyla ən gigiyenik mühiti yaratmış olmazsınız. Əksinə mikrobları yaymış və bilmədən sağlamlığınıza zərər vermiş olarsınız.

4- Tualet fırçasını paltar sununda gözlətmək kifayətdir...
Tualet təmizliyinə hamımız çox əhəmiyyət verərik. Tualetimizi paltar suyu tökərək fırça ilə möhkəmcə ovar, bu sayədə həm tualetin həm də fırçanın təmizləndiyini düşünərik. Halbuki təmizlik etdiyimiz fırçanın da mikroblardan yaxşıca təmizlənməsi lazımdır. Bunun üçün tez-tez fırçanın ucluğunu 10 ml qədər paltar suyu qoyaraq ən az yarım saat gözlətməliyik. Ucluğu və fırçanı duruladıqdan sonra, qurumağa buraxılmalıyıq. Yaş və nəmli mühitlərdə mikroblar çox daha sürətli törədiyi üçün, təmizlik sonrası mütləq qurutmaq lazımdır

5- Bir neçə təmizlik məhsulu birlikdə istifadə edilsə daha yaxşı təmizlənər...
Ocağın üstündəki qurumuş, yağ, yemək və qəhvə ləkələri çıxmırmı? Siz də dərhal əvvəl yağ həll edici bir təmizləyicini başqa bir təmizlik məhsuluyla qarışdıraraq daha təsirli və asan təmizlik edə biləcəyinizimi düşünürsünüz? Halbuki istifadə etdiyimiz təmizlik məhsulları əvvəlcə təmizlik ediləcək sahəyə və səthə görə sonrasında da o səthdə yaranan çirkə, ləkəyə görə fərqli düsturla edilmişdir. Və düsturdakı kimyəvilər bir araya gəldiklərində reaksiya gedə bilər, və sağlamlığımız üçün təhlükəli ola bilərlər. Ayrıca bu birləşmə, istifadə edilən səthə zərər verə biləcəyi kimi və qalıcı ziyana da yol aça bilər. Bu tərz istənməyən vəziyyətlərlə qarşılaşmamaq üçün hər təmizlik məhsulunu öz sahəsində və etiketində tövsiyə edilən şəkildə istifadə etməliyik. Beləliklə istəmədiyimiz sürprizlər ilə qarşılaşmamış olarıq.

6- Bol paltar suyu mikroblardan təmizləyər…
Paltar suyu və paltar suyu qatqılı təmizləyicilər yaxşı bir dezenfeksiya edici və mikroblardan təmizlənmək üçün istifadə edilməsi lazım olan məhsullardır. Paltar suyunu çox miqdarda istifadə etmək əsla daha təsirli bir təmizlik təmin etməz. Ancaq istifadə edərkən görməmiz lazım olan tədbirlər və diqqət yetirməmiz lazım olan xüsuslar var. Məsələn, qətiliklə duş təmizləyici kimi turşu məzmunlu digər təmizlik məhsulları ilə birlikdə və ya eyni anda istifadə etməməliyik. Bu kimyəvi bir reaksiyaya səbəb olacağından sağlımız üçün son dərəcə təhlükəlidir. Belə bir vəziyyətdə, dərhal şüşələri açmalı, içərini havalandırmalı və o sahədən ayrılmaq lazımdır. O səbəbdən, təmizlik məhsullarının üzərindəki etiketləri və istehsalçıların üzərində ifadə etmək məcburiyyətində olduqları xəbərdarlıq və istifadə təlimatlarını yaxşı oxumalı və diqqət yetirməliyik.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri