Şirniyyat qəbulu böhranı ilə baş etmək olar?

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 1 749
Səs ver:
(səs: 0)
Çox sıx olmasa da, bəzən hər kəs şəkər və şirniyyat yemə böhranları yaşar. Xüsusilə adət əvvəli və adət dövrlərində qadınların şirniyyata ayrı bir düşkünlüyü meydana gələr.

Bu tərz böhran kimi inkişaf edən şirniyyat istəyi vəziyyətlərində, sadə ipuclarını tətbiq edərək çox kalori almadan bu dövrü sovuşdura bilərsiniz. Anlıq şəkər yükləmələrinin, qaraciyərimizə əhəmiyyətli nisbətdə zərər verdiyi gerçəyini ciddi qəbul edərək diqqətli olmamız lazımdır

Bədbəxtlik yaşayan kəslər, ümumiyyətlə ilk çarə dərhal şəkərli yeməklərə sarılarlar. Çünki şəkər, beyinə seratonin və endorfin hormonlarının ifraz olunmasını təmin edərək xoşbəxtlik hissinin yaranmasına köməkçi olar.

Şirniyyat Böhranı ilə Necə Baş Edilə bilər?
Gün içində ara pay nizamı əldə edin

Şirniyyat böhranının təməl səbəbi, hipoglisemidir. Yəni qan şəkərinin sürətlə düşməsi vəziyyətidir. Bədən, özünü bu vəziyyətdən qurtarmaq üçün dərhal şəkərli qidalara sarılar. Bu narahatlığın müşahidə edildiyi kəslər; ara pay etmə vərdişi olmayan kəslərdir. Uzun müddət boyunca ac qalan kəslərdə, qan şəkəri düşər və adam şirniyyat böhranına girər. Bu kimi mənfi vəziyyətlərə düşməmək üçün gündə 2-2,5 saatda bir qida istehlak edilməsi lazımdır. Bu da ara payların arasına sağlam atışdırmalıqlar qatmaq mənasını verər. Üç ana pay yeyirsinizsə gün içərisində iki də ara payınız olsun. Ara pay etsəniz ana paylar arasında meydana gələ biləcək aclıq hissinə üstün gəlmiş olacaqsınız.

Bol su işin
Bədəndə meydana gələn su əskikliyi şirin ehtiyacı doğura bilər. Bu səbəblə gün içərisində bolca su istehlak etməyə diqqət yetirin.

Şirniyyat və digər qidaları qarışdıraraq istehlak edin
Şirin yeyərək alacağınız kalorini azaltmanın ən təsirli yolu, qidaları qarışdıraraq istehlak etməkdir. Məsələn şokolad sousuna batırılmış olan bananı yeməniz, yalnız şokolad yemənizdən çox daha az zərərli olacaq. Beləcə daha az şirin qəbul edərək şirin ehtiyacınızı qarşılamış olarsınız.

Şəkərsiz saqqız çeynəyin
Edilən bəzi araşdırmalar, saqqız çeynəmənin yemək yemə arzusunu azaltdığını göstərməkdədir. Şəkərsiz saqqız seçim edə bilərsiniz.

Meyvə qəbul etməyə diqqət edin
Canınız hər şirin çəkdiyində xüsusilə də bu çox sıx olursa, təzə və ya quru olan meyvələr ilə şirin ehtiyacınızı basdırmağa çalışın. İş yerinizdə və ya evinizdə, içərisində zərərli qatqı maddələri ehtiva edən atışdırmalıqları istehlak etmək yerinə, quru ərik, quru əncir kimi şirin ancaq sağlam atışdırmalıqları istehlak edin.[/center]
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri