Şkafınızı səliqəyə salarkən bu məsləhətlər köməyinizə gələ bilər....

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 2 304
Səs ver:
(səs: 0)
Qarderobunuzdakı artıq şeylərdən xilas olub əlinizdəki parçaları doğru istifadə etmək, tək bir parçayla fərqli kombinlər hazırlaya bilmək istəyirsinizsə, hərəkətə keçmə zamanıdır.

Şkafınızdakılarla kifayətlənməyib davamlı yeni bir şey alanlardan və ayna qarşısında saatlarla nə geysəm deyə vaxt keçirənlərdənsinizsə, qarderobunuzu bir nizama salmağın zamanı gəlmiş deməkdir.

Qarderobunuz yüngülləşsin
-Qarderobunuzu təmizləyərkən stilinizin fərqində olmanız əhəmiyyətlidır. Əvvəlcə uzun müddətdir geymədiyiniz və ya başqasına verməyi düşündüyünüz paltarları şkafınızdan çıxarın.

-Ardından düzəliş edilməsi lazım olan geyimləri təyin edib bunları dərziyə vermək üzrə ayırın.

-Şkafınızda qalan paltarları isə rəng və mövsümlərinə görə ayırıb, praktik bir qarderob nizamı təyin edərək bunları düz bir şəkildə yerləşdirin.

Qarderobunuzda nələr olmalı?
-Tünd rəng və yüksək bel trapes jeanslər qarderobunuzun imtina edilməz parçası ola bilər. Bu model ilə daha incə bir görünüş əldə edə bilərsiniz.

-Şkafınızda mütləq xəttli parçalara yer verin. Xəttli bir bluz, köynək və ya paltar dəbli görünməyiniz üçün ən ideal geyimlərdən biridir.

-Dəri ətəklər, qısa paltarlar, uzun çəkmələr, kürk , panço və pelerinlər, oversize paltolar, triko dəstələr, uzun manto və qabanlar, militer detallar keçən mövsümdən bəri hakimiyyətini davam etdirən geyimlərdir. Keçən il bu geyimlərdən əldə etdinizsə, bunları bu mövsüm də rahatca istifadə edə bilərsiniz.


Doğru kombin ipucları
-Geyimlərinizi kombinləməkdı çətinlik çəkirsinizsə, rahat və az parçalarla birdən çox kombin yarada bilərsiniz. Bunun üçün bir çox mühitdə istifadə edə biləcəyiniz geyimlər əldə etməyə çalışın. Bir geyimi alarkən moda olmasına deyil stilinizə uyğun olmasına baxın.

-Alış veriş əsnasında bəyəndiyiniz geyimin şkafınızdakı paltarlarla uyğun olub olmayacağını düşünün. Əks halda şüursuzca alınmış bir köynək və ya şalvar heç geyilmədən aylarla şkafınızda dayana bilər.

Qarderobunuzu yenilərkən uzaq dayanmanız lazım olanlar
-Romantik və ya gərgin dövrlərinizdə tək başına bu işə cəhd etməyin. Bu dövrdə lazımlı gərəksiz hər şeyi atmağa qalxa bilərsiniz.
-Qarderobunuzu yoldaşınızla və ya ananızla tənzimləmə səhvinə düşməyin. Ananızın o atılarmı, buna qıyılarmı sözlərindən doğru düz təmizlik edə bilməzsiniz.
-Eyni asqıya birdən çox köynək və şalvarı birlikdə asmayın. Bu şəkildə axtardığınız məhsulu tapmanız çətinləşə bilər.
-Çirkli paltarları şkafınızda saxlamayın.
-Zəifləyərəm düşüncəsiylə bədəninizə uyğun olmayan paltarları saxlamayın.
-Üç ildən çox müddətdir geymədiyiniz paltarlarınızı şkafınızda tutmayın.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 304
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri