Reseptsiz istifadə edə biləcəyiniz təbii antibiotiklər

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 963
Səs ver:
(səs: 0)
Bu qidalar heç bir yan təsir etmədən təbii antibiotik funksiyası yerinə yetirir, göbələk və infeksiyalarla döyüşür.

Həkim tərəfindən xüsusilə tövsiyə edilmədiyi və çox lazımlı olmadığı müddətcə antibiotik istifadə etmək bağırsaq florasına zərər verir və bu da xərçəngə qədər bir çox ciddi xəstəliyin önünü açır. Buna heç gərək olmadan təbii olaraq infeksiyalara və göbələklərə qarşı döyüşən, antibiotik funksiyası yerinə yetirən qidalar var. Hamısı minlərlə ildir insanlar tərəfindən bilinir və istifadə edilir.

1. Sarımsaq
Sarımsaq minlərlə il boyunca dünyanın fərqli yerlərində, fərqli mədəniyyətlərdə təbii bir dərman olaraq istifadə edilir. Hətta 1700cü illərdəki vəba epidemiyasında da sarımsaq çox təsirli bir dərman idi. Sarımsaq ehtiva etdiyi allicin adlı ferment ilə antibiotik, antiviral və göbələyə qarşı antimikrobik xüsusiyyətlərə sahibdir və bu xüsusiyyətləriylə bədəndəki istənməyən bakteriyaların yox edilməsində təsirlidir. Ayrıca sarımsaq içindəki təbii anti-oksidantlarla sərbəst radikalları yox edərək immunitet sistemini gücləndirir. Sarımsağı yeməklərdə istehlak etmənin yanında çiy olaraq yeyə bilər, uda bilər, isti çaya qata bilərsiniz.

2. Kolloidal gümüş
Kolloidal gümüş 4000 ildir təbii antibiotik olaraq istifadə edilən bir gümüş solüsyonudur. 1900-cü illərdə Alfred Searle adlı bir əczaçı kolloidal gümüşün bir çox güclü xəstəlik mikrobunu yox edə bildiyini kəşf etmiş. Daha sonra kolloidal gümüşü xəstə insanlar üzərində sınayaraq ölümcül mikrobları da yox edə bildiyini görmüşdür. Edilən aktual araşdırmalar kolloidal gümüşün quş qripindən, SARSIT virusuna qədər bir çox təhlükəli və ölümcül xəstəliyi yox edə bildiyini göstərir.

3. Kəkik yağı

Kəkik yağı zərərli bakteriyaları, bədən üçün faydalı olan bakteriyalara zərər vermədən yox edir. Eyni zamanda göbələk infeksiyalarının yox edilməsində təsirli olan kəkik yağı təbii bir antibiotikdir. Kəkik yağına anti-mikrobik xüsusiyyətini verən tərkibindəki karvakrol maddəsidir. İstifadə etdiyiniz kəkik yağının daha təsirli ola bilməsi üçün ən az yüzdə 70 nisbətində karvakrol ehtiva etdiyindən əmin olun.

4. Ekinezya
Minlərlə ildir fərqli infeksiyaları yox etmək üçün istifadə edilən ekinezya xüsusilə açıq yaraları, qan zəhərlənmələrini, difteriya və digər bakteriya qaynaqlı xəstəlikləri müalicə etmədə istifadə edilir. Bu güclü bitki indiki vaxtda əksəriyyətlə soyuq dəymə və qrip müalicəsində istifadə edilir. Ekinezya komponentləri sayəsində MRSA xəstəliyi kimi ən güclü bakteriyaları belə yox etmə potensialına sahibdir.

5. Manuka balı
Dadı ən ləzzətli olan təbii antibiotik isə manuka balıdır. Manuka balı yeyilə bildiyi kimi dəriyə tətbiq olunduğunda da dəri üzərində yaranan bir çox fərqli bakteriyanın yox olmasını təmin edir. Ayrıca manuka balı ilə tətbiq olunan müalicə əsnasında bakteriyalar manuka balına qarşı immunitet göstərə bilmir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 963
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri