Şəkərli diabet xəstələrinə məsləhətli giləmeyvə

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 3 484
Səs ver:
(səs: 0)
Yüz illər boyu zirincin müalicəvi təsirindən faydalanan insanlar onun əvəzedilməz gücə sahib olduğunu bilirlər.

Müasir tibb təbabəti də zirincin möcüzəvi bitki olduğunu təsdiqləyir.

Çində 700 ildən bəri müxtəlif xəstəliklərin müalicəsində zirincin faydasını görən həkimlər bütün dünyanın diqqətini bu bitkiyə çəkmişdilər. Nəticədə isə ötən əsrin tibb təbabəti, zirincin insan orqanizminə nə qədər faydalı olduğunu tam təsdiq etmişdi.

Bu bitki orqanizmin qocalmasının sürətini azaldır. Onun lifli quruluşu və antioksidant tərkibi orqanizmdə sərbəst radikalların təsirini azaldır və dərini gəncləşdirir. Zirinc psixoloji problemlərin aradan qalxmasına da kömək edir və uzun müddət qəbul etdikdə depressiya əlamətlərini aradan qaldırır. Tərkibində olan C vitamini sayəsində orqanizmin bu vitaminə qarşı olan təlabatını ödəyir və müqviməti artırır.

Zirinc tərkibində olan 19 müxtəlif amin turşusu ilə əzələlərin möhkəmlənməsinə yardım edir, orqanizmdən artıq yağların xaric olmasını sürətləndirir. Bu meyvə mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə həzm sistemini normallaşdırır. Gün ərzində zirinc dəmləməsini içənlər onun faydasının görə bilərlər.

Çində həkimlər II dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etməyi tövsiyə edirlər. Çünki onun qanda insulin və şəkəri normallaşdırmaq kimi bir xüsusiyyəti var. Zirinc qanda xolesterolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edən insanlara zirincin çayını içməyi tövsiyə edirlər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri