Lavanda yağının faydalarını bilirsinizmi?

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 4 362
Səs ver:
(səs: 1)
Gözəl bir qoxu yaydığı üçün otaq qoxusu və ətir istehsalında istifadə edilər. Sağlamlığa bir çox müsbət təsiri olan lavanda yağının faydalarından bəzilərini sizlərə təqdim edirəm;

Stressə yaxşı gəlir. Lavanda aromaterapiyasının stressə yaxşı gəldiyinə dair bir çox araşdırma aparılmışdır. Bunlardan birinin nəticəsinə görə, gündə 80 mg lavanda yağı istifadə edən kəslərdə depressiya nisbətində %32.7ə qədər azalma görüldü.

Yuxusuzluğa yaxşı gəlir. Yuxusuzluğa yaxşı gəlməsinin yanında yuxu keyfiyyətini də artırar. Edilən bir araşdırmaya görə bu yağ yuxuya getmə müddətini və yuxusuzluq əlamətlərini azaltmışdır. Yuxusuzluğa qarşı təsirləri üçün, yatmadan əvvəl boyunuza, sinənizə ya da biləklərinizə lavanda yağı çəkə bilərsiniz. Bu sayədə bədəninizdə rahatlama olar və rahat bir şəkildə yata bilərsiniz.

Baş ağrılarını yüngülləşdirici xüsusiyyəti vardır. Migren kimi şiddətli baş ağrılarına yaxşı gəlir. Nöroloji European Journal jurnalında nəşr olunan bir araşdırmaya görə, 15 dəqiqə boyunca lavanda yağı tənəffüs edildiyində migren və baş ağrılarında əhəmiyyətli azalmalar görülmüşdür.


Soyuq dəymə zamanı olduqca faydalıdır.
Boğaz infeksiyaları, öskürək, qrip, astma, sinus tıxanıqlığı, bronxit, larengit və badamcıq iltihabı kimi müxtəlif tənəffüs yolu narahatlıqları üçün istifadə edilə bilər. Bəzi təsirləri üçün boyun və sinə bu yağ ilə ovula bilir. Bəlğəm gətirici xüsusiyyəti də vardır.


Təbii bir ətir olaraq istifadə edilə bilər.
Mükəmməl qoxusu sayəsində sanki bir ətir xüsusiyyəti vardır. Ətir olaraq istifadə etmək və gözəl qoxu yaymaq üçün 2-3 damla yağı ovuc içinə damladın. Əllərinizi bir-birinə sürtün və paltarınıza ya da dərinizə sürün. Bu şəkildə gözəl iy verə bilərsiniz. Ətir əldə edilə biləcək bir başqa üsulda isə püskürtmə edə biləcəyiniz bir şüşəyə bir stəkan su doldurun. Suyun içinə 2 damla lavanda yağı damladın. Püskürtmə şüşəsini çalxalayıb püskürdə bilərsiniz. Bu sayədə gözəl qoxu ətrafa yayılacaq. Sidr ağacı yağı kimi yağlarla birləşdirərək də istifadə edə bilərsiniz.

Dodaq qoruyucu olaraq istifadə edilə bilər. Günəş yanığı olmuş, çatlamış və qurumuş dodaqlar üçün də istifadə edilə biləcək bir yağdır. Lavanda yağı, shea yağı, jojoba yağı və hindqozu yağı ilə birlikdə qarışdırılaraq istifadə edilsə günəşin zərərli təsirlərində dodaqları qoruyar. Bədəninizin digər bölgələrini də günəş yanığından qorumaq üçün bu yağlayarın qarışığını istifadə edə bilərsiniz. Günəş yanığından sonra dərinin daha sürətli yaxşılaşmasını təmin edər, günəş yanıqlarından sonra meydana gələ biləcək qaşınmanı və yanmağı önləyər.

Ürək bulanmasını yatırar. Mədəniz bulanırsa ya da mədənizin bulanacağını hiss edirsinizsə, yenə bu yağı istifadə edə bilərsiniz. Bunun üçün paltarlarınıza bir neçə damla lavanda yağı püskürdə bilər ya da biləklərinizə bu yağdan çəkə bilərsiniz.


Əzələ ağrılarına fayda verər.
Eyni zamanda revmatizm, burxulmalar, kürək ağrısı kimi ağrılar üçün də faydalı bir yağdır. Nizamlı şəkildə masaj edilərək istifadə edildiyində ağrıları yüngülləşdirər.

Sidik yollarına faydalıdır. Sidik yolu infeksiyalarına yaxşı gəlir. İltihabı azaldar.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri