Balqabaq çəyirdəyi yağının inanılmaz faydaları

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 29 907
Səs ver:
(səs: 1)
Balqabaq çəyirdəyi yağı, bağırsaq soxulcanlarını salıcı təsiri olan, xolesterolu tənzimləyən və menopoz dövründə də fayda verən bir yağdır. Nizamlı istifadə halında saç tökülməsini azaldar. Omeqa 6 yağı ehtiva etməsi sayəsində sümük sağlamlığını qoruması da balqabaq çəyirdəyi yağının faydaları arasındadır.

BALQABAQ ÇƏYİRDƏYİ YAĞININ FAYDALARI NƏLƏRDİR?
-Prostat sağlamlığını qoruyar. Prostat böyüməsini kiçildər. Kişilərin prostat xərçənginə tutulma riskini azaldar.

-Yuxusuzluqdanmı şikayətlənirsiniz? Yuxusuzluq, gecələri hər kəs yatarkən yata bilməmək olduqca narahat edici bir vəziyyətdir. Balqabaq çəyirdəyi yağı serotonin ifraz olunmasına dəstək olaraq yuxusuzluğa faydali olar.

-Tərkibindəki sink sayəsində hormonları tənzimləyərək kişilərdəki saç tökülməsini azaldar. Edilən bir araşdırmaya görə 24 həftə balqabaq çəyirdəyi yağı istifadə edən kəslərdə saç tökülməsinin yüzdə 40 azaldığı ortaya çıxmışdır.

-Ürək sağlamlığını qoruyar və infarkt keçirmə riskini azaldar.

-Diyabetə qarşı qoruma təmin etməsi də balqabaq çəyirdəyi yağının faydaları arasındadır. Qan şəkərini tənzimləyərək şəkər xəstəliyinə qarşı qoruma təmin edər
.
-İfrazat sisteminə də faydalı bir yağdır. İfrazat sistemini qoruyaraq xüsusilə sidiklə əlaqədar narahatlıqlara yaxşı gəlir. Sidik yolu infeksiyası olan sistit narahatlığına da fayda verər.

-Xüsusilə səhər ortaya çıxan ürək bulanması və qusmaları önləyər.

-Böyrəklər üçün də faydalıdır. Bədəndə böyrək daşı meydana gəlməsini önləyər, böyrək daşı meydana gəlməsini maneə törətməyə kömək edər.

-Xolesterolu salıcı təsiri vardır.

-Depressiyaya və stressə yaxşı gəlir. Ruhi vəziyyətə də fayda təmin edən bir yağdır.

-Tərkibindəki A və E vitaminləri ilə antioksidantlar sayəsində dəri baxımı da təmin edər.

-Qırmızı qan hüceyrələrinin meydana gəlməsinə kömək edər.

-Tərkibindəki K vitamini sayəsində sümükləri gücləndirər. Xüsusilə yaşlı insanlar üçün faydalıdır.


MENOPOZ DÖVRÜNDƏ İSTİFADƏ EDİLƏ BİLƏR!
Menopoz dövründəki qadınlarda ruhi və hormonal olaraq bəzi dəyişikliklər ortaya çıxar. Menopoz mərhələsində bu dövrdəki təsirləri azaldar. İsti basması, tərləmə, baş ağrısı və oynaq ağrısı kimi simptomları yüngülləşdirər. Eyni zamanda bu dövrdə qan təzyiqinin yüksəlməsinə mane olar. Qan təzyiqini salar.

OMEQA 6 YAĞI EHTİVA EDƏR!
Zehni sağlamlıq hər kəs üçün çox əhəmiyyətlidir. Yaddaşı gücləndirməsi balqabaq çəyirdəyi yağı faydaları arasındadır. Omeqa 6 yağı, linoleik turşu ehtiva edər. Linoleik turşu və omeqa 6 yağı normal böyümə və inkişaf üçün əhəmiyyətlidir. Ayrıca beyin funksiyalarının inkişafına da qatqı təmin edər. Maddələr mübadiləsini nizamlar, sümük sağlamlığını qoruyar.

BALQABAQ ÇƏYİRDƏYİ YAĞI NECƏ İSTİFADƏ EDİLƏR?
Zeytunyağı kimi salatlara əlavə olunaraq istifadə edilə bilər.
Balqabaq çəyirdəyi yağı ilə dəri masaj edilə bilər. Masaj yoluyla tətbiq olunduğunda dərini yumşaldar, yaşlanmağı gecikdirər.
Gündə 1 şirin qaşığı içilə bilər ya da salatlara əlavə edilə bilər. Tək olaraq içmək istəməsəniz, bir çay stəkanı ilıq suyun içinə 1 şirin qaşığı balqabaq çəyirdəyi yağı qarışdırıb içə bilərsiniz.

BALQABAQ ÇƏYİRDƏYİ YAĞININ YAN TƏSİRLƏRİ NƏLƏRDİR?
-Qan təzyiqini salar, bunun nəticəsində də təzyiqi salar. Bunun nəticəsində təzyiq salıcı dərman istifadə edən kəslərin mütləq həkimlə məsləhətləşərək bu yağı istifadə etmələri lazımdır.
-Ayrıca hamiləlik və əmizdirmə dövründə mütləq həkimlə məsləhətləşərək istifadə edilməlidir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 29 907
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri