Yeməkdən sonra dincəlmək düzgün deyildir!

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 863
Səs ver:
(səs: 0)
BBC-nin yaydığı məlumata görə qida qəbulundan 15 dəqiqəsonra gəzişmək və ya hərəkətdə olmaq faydalı hesab olunur.Xüsusi ilə yaşlılarda olan şəkər xəstəliyinə müsbət təsir göstərir.Bəzi şəxslərdə yeməkdən sonra qanda şəkərin miqdarının artması şəkər xəstəliyinin 2 tipinin riskli olmasına səbəb olur.Məlumata görə ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən aparılan araşdırmada, yemək sonrası gəzintinin və aktivliyin qanda olan şəkərin miqdarını azaltdığı deyilir. Bu baxımdan yeməkdən sonra istirahətin zərərli olmasına diqqət yetirmək lazımdır.Araşdırma nəticələrini qələmə aldığı bildirilən Loretta DiPietro'ya görə, yeməklərdən sonra qanda şəkərin sürətlə yüksəldiyi "riskli anlarda" qısa məşqlər etmək vacibdir. Həmçinin məlumatda bildirilir ki, gündə üç dəfə 15 dəqiqə gəzişmək əhəmiyyətlidir. Tədqiqatın nəticələrinə görə gəzinti üçün ən yaxşı vaxt axşam yeməyindən sonrakı vaxtdır. Çünkü, axşam yeməyindən sonra qanda olan şəkərin miqdarı daha çox yüksəlir.Artıq çəkidən azad olmaq proseduraları və lazımi məşqlər bu problemin həlli üçün ən yaxşı vasitə hesab olunur.Dr. DiPietronun sözlərindən aydın olur ki, araşdırma nəticələrinin təsdiqi üçün geniş miqyasda işdər görmək gərəklidir.Onuda qeyd etmək lazımdır ki, sözü gedən Amerikalı qrupun araşdırması yaşı 60-dan çox olan 10 adam üzərində aparılıb.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 863
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri