Bənzədiyi orqana şəfa verən 8 qida

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 2 420
Səs ver:
(səs: 0)
Aparılan araşdırmalar bir çox meyvə və tərəvəzlərin faydalı olduğu orqana bənzədiyini ortaya çıxarıb. Üstəlik, bənzədikləri orqanlarla bağlı maraqlı təsadüflər var.

Məsələn, quruluşca uşaqlığa oxşayan avokadonun yeyilməli konsistensiya gəlməsi üçün ağacda 9 ay yetişməsi lazımdır. Bənzədiyi orqana fayda verən qidaların siyahısını təqdim edirik:

Zəncəfil - Mədə
Bənzədiyi orqana şəfa verən 8 qida
Zəncəfil mədənin ən yaxın dostu kimi tanınır. Belə ki, əsrlər əvvəl qusma və dəniz tutması kimi vəziyyətlərdə insanlar zəncəfildən istifadə edərdilər. Yəni, zəncəfil hələ elm sübut etməzdən əvvəl belə mədənin dostu sayılırdı.

Üzüm - Ağciyər


Ağciyərin ən böyük xəzinəsi alveollardır. Onlar oksigeni qan dövranına ötürür. Üzümün ağciyərə ən faydalı olduğu bölgə də alveollardır. Beləliklə, ağciyər xərçəng riskini də azaltmış olurlar. Üzüm bundan başqa, proantosiyanidin adı verilən antioksidanta sahibdir. Bu maddə allergik astmaya yaxşı təsir edir.

Kartof - Mədəaltı vəzi


Şirin kartofun mədəaltı vəzinə etdiyi ən böyük yaxşılıq qan təzyiqini yaxşılaşdıraraq, onun vəzifəsini daha rahat yerinə yetirməsini təmin etməkdir. Şirin kartofda həm də mədəaltı vəzi xərçənginin böyüməsini əngəlləyən B6 vitamini var.

Göbələk - Qulaq


Göbələkdəki D vitamini qulağın eşitmə qabiliyyətini yaxşılaşdırır. Eşitmədə problemi aradan qaldırmaq üçün göbələk qədər dəyərli başqa qida yoxdur.

Pomidor - Ürək


Pomidor ürəyin aynasıdır. Quruluşca bir-birinə çox yaxındılar. Bunun səbəbi də pomidorun tərkibindəki likopendir. Likopen ürəyi bütün xəstəliklərə qarşı müdafiə edir. Pomidorun tərkibindəki C vitamini də ürək üçün çox faydalıdır.

Qreypfrut - Sinə
Qreypfrutda limonoid adında fitokimyəvi maddə var ki, bu da döş xərçəngindən müdafiə edir.

Avokado - Uşaqlıq


Avokado ilə qadın uşaqlığı bir-birinə çox bənzəyir. Avokadonun ən böyük faydası uşaqlıq ağzı xərçənginin qarşısını almaq və hormonları nizamlamaqdır. Eyni zamanda, maraqlı bir təsadüf var. Məsələ burasındadır ki, avokadonun yeyilməsi üçün ağacda 9 ay yetişməsi lazımdır.

Yerkökü - Göz


Yerkökü gözə oxşarlığı ilə diqqət çəkir. Yerkökünün tərkibindəki beta-karoten tor qişaya yaxşı təsir edir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri