Bitmiş tuş fırçasının bilmədiyiniz məharətləri

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 974
Səs ver:
(səs: 0)
Bitmis və ya quruyaraq yararsız hala gələn tuşlarımızı adətən, zibil qabına atırıq. Amma zibilə atmaq yerinə tuş fırçasını şampunla yuyub təmizlədikdən sonra müxtəlif məqsədlər üçün istifadə etmək olur. Gəlin baxaq görək bitmiş tuş fırçalarımızı hansı məqsədlərlə istifadə edə bilərik.

1. Qaş fırçası olaraq qaşlarımızı daramaq üçün istifadə etmək mümkündür. Hətta qaş fırçalarından da daha yaxşı nəticə göstərir.
2. Saç feninin arxa hissəsindəki havalandırma boşluqlarına saç, toz yığışır. Bunları da təmizləmək mütləqdir. Çünki təmizləmədikdə pis nəticə verə bilər. Bunun üçün də havalandırma boşluğunu asanlıqla təmizləmək üçün fırçanı bu hissəyə salıb həmin zibilləri təmizləmək mümkündür.
3. Vanna otağında çanağın təmizlənməsi üçün də yararlıdır.
4. Saçlarımıza şəkil vermək üçün sprey sıxdıqdan sonra daramaq lazım gəlir. Əgər evdə kiçik bir fırçalı darağınız yoxdursa bu zaman tuş fırçası köməyə gələ bilər. Nəticədə saçınızda düzəltmək istədiyiniz kiçik bir yer varsa oranı darayırsınız və digər hissələr dağılmır.
5. Kipriklərinizin dən-dən qalmasınızı istəyirsinizsə fırça ilə kipriklərinizi darayın.
6. Aksesuarlarınızı, zinət əşyalarınızı təmizləyərkən diqqət etmədiyiniz, təmizləyə bilmədiyiniz hissələr olur. Tuş fırçası məhz belə hissələr üçün ideal köməkçidir.
7. Dodaqlarınızı ölü hüceyrələrdən təmizləmək üçün diş fırçası yerinə maskara fırçası istifadə etmək olar
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri