Gözləri qorumağın sadə üsulları - tibb elmləri doktoru məsləhət verir

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 133
Səs ver:
(səs: 1)
Gözlərin sağlamlığını qorumaq üçün bir neçə sadə qaydalara riayət etmək kifayətdir.

Bu fikirləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb elmləri doktoru, həkim-oftalmoloq Aytən Sultanova müsahibəsində bildirib.

Həkim deyib: "Bu qaydalar çox sadədir və onlara riayət etməklə göz sağlamlığımızı qoruya bilərik. Düzgün işıqlandırma bu qaydalardan biridir. Kifayət qədər olmayan işıqlandırma zamanı gözlər həddindən artıq yüklənir və tez yorulur. Lakin çox güclü işıq da gözlərin yüklənməsinə səbəb ola bilər. Bu səbəbdən gün işığı lampalarından istifadə etmək daha məsləhətlidir.

Gözlərinizi tez-tez qırpmaq lazımdır və bu qayda əsasən kompüter arxasında işləyənlərə daha çox aiddir. Belə ki, kompüterdə işlədikdə insan gözlərini gec-gec qırpır. Bu isə gözlərin qurumasına səbəb olur. Gözlərin quruması isə onların sağlamlığı üçün çox ziyanlıdır.

Orqanizmdə olan hər bir əzələlər işləmələdir. Uzun müddət ərzində işləməyən istənilən əzələ zəifləyir. Bu ətraflar, ürək kimi göz əzələlərinə də aiddir. Bu səbəbdən gün ərzində uzaqda və yaxında yerləşən obyektlərə baxmaq lazımdır. Bu da xüsusilə kompüterdə işləyən insanlara aiddir. Onların uzun müddət yaxın məsafəyə baxmaları göz əzələsinin zəifləməsinə səbəb olur.

Gözü qorumağın qaydalarından biri də təmiz havadır. Hər gün təmiz havada gəzmək bir çox orqanlar kimi göz sağlamlığına da çox faydalıdır. Lakin günəş şuaları gözlərin sağlamlığı üçün ziyanlıdır. Gözlər yüksək keyfiyyətli gün eynəklərinin köməyi ilə günəş şüalarından qorunmalıdır.

Qidalanma qaydaları da göz sağlamlığında mühüm rol oynayır. Belə ki, gözlərin sağlamlığını bir sıra vitaminlər qoruyur. Bunlara sitrus meyvələrində mövcud olan C vitamini, badam və avokadoda çoxlu miqdarda olan E vitamini, bütün qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlərin tərkibində olan A vitamini, süd məhsulları, mal əti və qaraciyərdə olan sink aiddir.

Göz sağlamlığının qorunmasının əsas yollarından biri də kifayət qədər su qəbuludur. Sağlam insan gün ərzində təxminən 2 litr təmiz su içməlidir. Bu bütün orqanizmin olduğu kimi gözlərin də sağlamlığı üçün çox vacibdir".
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri