Alimlər xəbərdar edir: "Düyünü səhv bişirirsiniz!"

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 256
Səs ver:
(səs: 1)
Dünyada milyonlarla insanın istehlak etdiyi düyü plovu böyük təhlükəyə səbəb olur. Aparılan son araşdırmalar nəticəsində, düzgün qaydada bişirilməyən düyünün yüksək səviyyədə arsenə malik olduğunu ortaya çıxıb.
Alimlər düyü plovunu hazırlayanda düyünü islatmadan qaynatmağın sağlamlığa zərərli ola biləcəyi barədə xəbərdarlıq edir. Son araşdırmalar geniş yayılmış bir metod kimi, düyünü qazanda suyu çəkilənə qədər bişirməyin ürək xəstəliklərinə, diabetə, hətta xərçəngə səbəb ola biləcəyini sübut edib.
Çünki düyü tarlalarında istifadə olunan zəhərlər və həşərat dərmanları ilə qablaşdırılan düyü dənələrinin üzərində arsen izinə rast gəlinir. Düzgün üsulla bişirilmədiyi təqdirdə, bu zəhərin təmizlənməsi mümkün olmur.

Belfastdakı Kraliça Universitetinin bioloji elmlər professoru Endi Meharq BBC televiziyasında iştirak etdiyi bir proqramda sağlam plov bişirmə üsulları ilə bağlı məlumat verib. Aparılan araşdırmaya görə, düyü ancaq bir gecə əvvəldən suda saxlanılsa zəhər təmizlənə bilər.
Professor Meharq üç bişirmə növünü müqayisə edərək, düyüdəki arsen nisbətlərini ölçüb.

İlk olaraq geniş yayılmış plov bişirmə üsulunu istifadə edərək, yəni bir qab düyüyə, iki qab su tökərək düyü qaynadılır. Bu üsulun yekununda Meharq arsenin çoxunun düyüdə qalmasına rast gəldiklərini bildirib.
O, bir qab düyüyə beş qab su tökdükdən sonra, bişirilən düyüdə isə arsen nisbətinin yarıya qədər azaldığını qeyd edib.
Nəhayət bir gecə əvvəldən isladılan düyüdə isə zəhərin 80% azaldığı ortaya çıxıb.
Endi Meharq hesab edir ki, ən etibarlı plov bişirmə üsulu düyünü bir gecə əvvəlcədən islatmaq, ertəsi gün yaxşıca yumaq və yaxaladıqdan sonra bir qab düyünü 5 qab suda qaynatmaqla bişirməkdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri