Hər gün bir xörək qaşığı istifadə etməklə FAYDALARINDAN BƏHRƏLƏN

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 766
Səs ver:
(səs: 0)
Bəzən elə olur ki, sağlamlığımız üçün olduqca faydalı olan bir məhsulu biz hər gün görürük, o, əlimizin altında olur, ancaq onun faydalarından lazımi qədər bəhrələnə bilmirik.
Yəqin ki, çox az ailə tapılar ki, mətbəxlərində alma sirkəsi olmasın və yəqin ki, elə çoxlarımız da onun faydalarından xəbərsizik.

Qadınla.com saytının sağlamlıqla bağlı növbəti yazısı alma sirkəsinin faydaları haqqındadır.
Hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan alma sirkəsinin orqanizm üçün saysız hesabsız faydaları var.
Alma sirkəsi maddələr mübadiləsinin normallaşdıran ən yaxşı vasitələrdən biridir.
Onun ən faydalı xüsusiyyətlərindən biri odur ki, o orqanizmin qəbul etdiyi karbohidratların və yağların parçalanmasına yardımçı olur.
Sinir sisteminə müsbət təsir göstərir.
Anemiya, qanazlığı zamanı xeyirlidir.
İltihab əleyhinə güclü vasitədir.
Həzmi asanlaşdırır.
Alma sirkəsinin qəbulu yorğunluğu və gərginliyi aradan qaldırır.
Yatmazdan əvvəl bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edilib içilərsə rahat yuxu gətirər.
Alma sirkəsi iştəhanı aşağı salır və şirniyyat məmulatlarına olan həvəsi azaldır. Buna görə də artıq çəkidən yaxa qurtarmaq, arıqlamaq istəyənlər üçün alma sirkəsindən istifadə etmək məsləhət görülür. Bunun üçün səhərlər ac qarnına 1 stəkan suya 1 xörək qaşıgı alma sirkəsi və və eyni miqdarda bal qarışdırıb içmək lazımdır.
Müntəzəm istifadə olunduqda dərinin rəngi açılır və gümrah görünür.
Alma sirkəsini şəkərli diabet xəstələri üçün təbii dərman vasitəsi saymaq olar. O, qanda şəkərin səviyyəsini neytrallaşdırır. Diabet xəstələri gündə 1 xörək qaşığı alma sirkəsi qəbul etməlidirlər.
Saçlarda olan kəpəklərə qarşı alma sirkəsindən istifadə etmək olar. Saçlar yuyulduqdan sonra alma sirkəsi əlavə edilmiş su ilə yaxalanarsa kəpəklər azalar və bu saçlara xüsusi parıltı verər.
Nəzərə almaq lazımdır ki, ev şəraitində hazırlanmış alma sirkəsinə üstünlük verilməlidir. Çünki satışda olan alma sirkələrinə əlavələrin qatılması ehtimalı böyükdür.
Ən baçlıcası, nəzərə alınmalıdır ki, alma sirkəsini qatqısız içmək olmaz, onu suya qarışdırmaq, çorbalara əlavə etməklə istifadə etmək lazımdır. Gün ərzində alma sirkəsindən iki xörək qaşığından artıq istifadə yolverilməzdir.
Alma sirkəsindən mədə xəstəlikləri olan insanlar məhdudiyyətlə istifadə etməlidirlər. Ümumiyyətlə alma sirkəsindən müalicə məqsədilə istifadə edərkən həkimlə məsləhətləşmək vacibdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri