Ütünün altını necə təmizləməli?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 812
Səs ver:
(səs: 1)
Ütünün alt hissəsini çox ehtiyatla təmizləmək lazımdır, bıçaq və s. iti alətlərdən istifadə etmək olmaz.

Bu halda siz ütünü korlaya bilərsiniz.Qadınla.com sizə çox sadə və effektli üsulları təqdim edir:
1.
Ütünü yaxşı qızdırın. Narın duzu kağızın üzərinə tökün və duzun üzərində ütünü yüngül sürüşdürün.
2. Tənzifi suda isladın, sodaya batırın və soyuq ütünü yaxşı təmizləyin. Sonra ütünü nəm qubka ilə silin.
3. Tənzifi hidrogen peroksidində ("perekis") isladın və ütünü yaxşı təmizləyin. Sonra təmiz nəm əski ilə silin.
4. Əskini sirkədə isladın və soyuq ütünü yaxşı silin.
5. Axşamdan soyuq ütünü sirkədə isladılmış əskinin üzərinə qoyun, səhər isə cod parça ilə yaxşı təmizləyin.
6. Sirkəni naşatır spirti ilə 1:1 nisbətində qarışdırın, qarışıqda tənzifi isladın və ütünü yaxşı təmizləyin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri