Paltar alarkən aldanmamaq üçün bunlara - DİQQƏT!

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 797
Səs ver:
(səs: 1)
Yeni paltar, aksessuar və ya hər hansı məhsul alanda əsas keyfiyyətə üstünlük veririk.

Qadınla.Com bildirir ki, bəzən aldığımız məhsullar bir dəfə yuyulduqda cırılır və ya zərər görür. Ona görə də, aldığınız məhsulun keyfiyyətini bilmək üçün sizə ipucları veririk:

Pambıq məhsullarin keyfiyyətini sıxaraq öyrənin

Almaq istədiyiniz məhsulu bir neçə saniyə ovucunuzda sıxın. Məhsul büzülmüş haldadırsa, tərkibinə şəklini qorumaq üçün maddə qatıldığını göstərir.
Məhsulu tikiş yerindən çəkərək, arasındakı boşluğa baxın
Keyfiyyətli məhsullar sıx və sağlam tikişlərdən hazırlanır. Əlinizə aldığınız məhsulu dartın, tikişlər sıx deyilsə, məhsul keyfiyyətsizdir.

Etiketini yoxlayın
Pambıq, ipək, yun kimi təbii parçalar sintetiklərdən daha güclü və möhkəmdir. Yüz faiz pambıq parça ilk yumadan sonra kiçilə bilər. Bu səbəblə, alış-veriş edərkən parçanın içərisindəki pambıqla yanaşı, 5 faiz və 30 faiz arası süni material olan (viskoz, polyester, naylon və s.) məhsulları seçin.

Düymə deşikləri

İstehsalçılar saxta ya da keyfiyyətsiz məhsul istehsal etdiklərində kiçik detallara fikir verməzlər. Hər hansı məhsulu almazdan əvvəl düymə deşiklərinin tikişlərinə diqqət etməlisiniz. Düymə deşiyindən iplər çıxırsa, ya da deşik düzgün şəkildə kəsilib tikilməyibsə, məhsul keyfiyyətsizdir.

Çanta bağında rəng dəyişikliyi
Çanta alarkən rənginin eyni olmasına diqqət edin. Əgər bağlarında ton fərqi varsa, çanta günəş işığının təsiri ilə daha tez köhnələcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri