Bu məsləhətlərlə bişirdiyiniz kekslər hamını valeh edəcək

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 184
Səs ver:
(səs: 1)
1) Yumurtalar şübhəsiz otaq istiliyində olmalıdır.
2) Hər yumurta üçün şəkər ölçüsü yarım su stəkanı götürülür.
3) Yumurta və şəkəri çırparkən, içinə bir çimdik duz atılması daha çox qabarmasını təmin edər.
4) Qar kimi olana qədər ən azı 7-8 dəqiqə mikserlə, ən yüksək dərəcədə çırpılmalıdır.
5) Yağını az etsəniz bişmə qabından çətin çıxacaq. Bunu düşünərək yağladığınız bişmə qabına bir az da şəkər səpin.
6) Əgər duzlu keks etdinizsə, yağladığınız bişmə qabına bu dəfə un səpin.
7) Qabartma tozunun üzərinə bir neçə damla limon sıxsanız, keksiniz daha da gözəl qabaracaq.
8) Ununuzu qabartma tozu və vanil ilə birlikdə ələyin.
9) Sodalı tortlar daha gözəl qabarır.
10)Yumurta və şəkərinizi çırpdıqdan sonra, əlavə digər vəsaitləri taxta qaşıqla qarışdırmağınız məsləhət görülür.(Yumurta zülalı havanı içinə çəkər və çırpma müddətində hava girərək qabarmağı təmin edir.)
11)Əlavə edəcəyiniz vəsaitlərin dibinə çökməməsi üçün, yaş meyvə növü isə qarğıdalı ununa batırmağınız, quru meyvə isə bir iki dəqiqə qaynatdıqdan sonra yaxşıca qurulayıb, una batırmağınız daha gözəl olardı.
12)Un yerinə bir neçə qaşıq nişasta istifadə etsəniz, qum kimi ağızda dağılan keksləriniz olar.
13)Kekslərinizi əvvəldən bir neçə dəqiqə isidilmiş sobaya qoysanız, qabarması daha yaxşı olacaq... Soyuq soba qabarmağa maneə olar.
14) Keksi bişmə qabına tökdükdən sonra, üzərinə bıçaqla bir cızıq təyin etsəniz çatlaq keks olar.
15)Ağ-qara keks edəcəyiniz zaman xəmirinizi ikiyə bölmədən əvvəl iki qaşıq əksik unlu edin. Böldükdən sonra birinə bir qaşıq un, digərinə bir qaşıq kakao əlavə edin ...
16) Duzlu, pendirli keks edərkən içinə çoxlu cəfəri və ya şüyüd əlavə etməyiniz onun çökməsinə və xəmir olmasına maneə olar.
17) Keks xəmirini hazırlayarkən aluminium tava istifadə etmək olmaz, çünki qaralmağa səbəb olar.
18) Sobaya qoyulduqdan sonra qapağını açmamaq lazımdır. Açılsa soyuq hava içəri girər və təzyiq edərək çökməyə səbəb olar.
19) Bişməsindən əmin olmadığımız halda, keks sobadan çıxarılmamalıdır. Bunun üçün incə uclu, quru bir bıçaq, və ya diş çöpü istifadə edə bilərik. Batırınca xəmir yapışmamışsa, bişmişdir deməkdir.
20) Sobadan çıxan keks havayla bir az kiçilər, ona görə soyuduqdan sonra sobadan çıxartmaq lazımdır...

Təbii ki, burda bildiyiniz praktik üsullar da var idi, amma bilmədiklərinizi də öyrəndinizmi?
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri