Evdar qadınlar hansı səhvlərə yol verirlər?

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 108
Səs ver:
(səs: 0)
Təəccüblü də olsa, lakin elə məhsullar var ki, hazırlanmamışdan qabaq yuyulsa sağlamlığa zərər gətirə bilər. Və ya əksinə, elələri də vardır ki, onları hər zaman yumaq lazımdır.
Müasir evdar qadınlar məhsulları bişirməmişdən qabaq hamısını yumağa öyrəşiblər. Bu qayda uşaq yaşlarından beynimizə həkk olunub: Yediyimiz hər bir şeyi mütləq yumalıyıq, əks təqdirdə qidaların üzərində bakteriyalar qalacaq və biz onları qəbul etdiyimiz zaman onlar bizim orqanizmimizə daxil olacaqlar.
Lakin elə qida məhsulları var imiş ki, onları yumaqla bakteriyaları daha da yaymış oluruq.
Bu məhsullar yuyulmasa yaxşıdır.

Toyuq
Çiy toyuqda ən yayılmış bakteriya salmonella bakteriyasıdır. Bu bakteriya uşaqlarda diareya, qızdırma və mədə sancısına səbəb olur. Simptomlar 12-72 saatdan sonra özünü büruzə verir və 4 saatdan 7 saata kimi davam edir.
Bir çoxları düşünürlər ki, bişirməmişdən qabaq toyuğu yaxşı-yaxşı yusalar onda olan bakteriyaların hamısı təmizlənəcək. Lakin hər şey əksinədir. Quş əti yuyulduğu zaman bakteriyalar su vasitəsilə sıçrayaraq ətrafa yayılacaq.
Əlbəttə, siz çalışacaqsınız hər şeyi səliqəli edəsiniz, lakin mikroorqanizmlərdən qorunmaq mümkün olmur, onlar sizin əllərinizdə və qab yuduğunuz çanaqda qalacaq. Nəticədə kran altında yuduğunuz bütün məhsullar həmin bakteriyaya bulaşacaqlar.
Bəs toyuq ətini yumasaq həmin bakteriyalar necə olacaq? Yemək bişirdiyiniz zaman bütün bakteriyalar termik işləmələrin təsirindən sonra məhv olacaqlar. Və belə olduqda bakteriyalar heç bir yerdə olmayacaq.

Balıq
Çiy balıq ətini də, toyuq əti kimi yumadan bişirmək lazımdır. Yumaq bakteriyaları öldürmək demək deyil. Onları yumaq ətrafı bakteriyaya bulaşdırmaq deməkdir.

Yumurta
Bir çox ölkələrdə yumurtalar xüsusi vasitələr ilə yuyulur ki, bu da yumurtanın içərisinə bakteriyanın daxil olmasının qarşısını alır. Əgər yumurta alınandan sonra yuyulub soyuducuya qoyulsa, onlar digər məhsullar üçün bakteriya mənbəyinə çevrilir.
Bundan başqa, yumurtada gözlə görünməyən təbii qoruyucu “pərdə” var. Buna görə də yumurtanı soyuducuya qoyduğunuz zaman onları yumayın.
Bax, bunları hər zaman yumaq lazımdır.

Konserv bankalarını
Konserv bankalarını yumamışdan qabaq açmaq olmaz. Əlbəttə ki, qapaqlar bakteriyanın daxil olmasının qarşısını alır, lakin açdığınız zaman bakteriyaların daxil olmaması üçün onları mütləq yumaq lazımdır.

Qabığı ilə birlikdə yeyilən meyvə və tərəvəzlər
Qabığı ilə birlikdə yeyilən bütün meyvə və tərəvəzlər mütləq yuyulmalıdır. Bir çoxları meyvələri hətta yuyucu vasitələrlə yuyur. Lakin ehtiyatlı olmaq lazımdır: zərərli yuyucu vasitələr qabıq vasitəsi ilə meyvə və tərəvəzin içərisinə daxil olaraq orqanizmə zərər yetirər.
Meyvə və tərəvəzlər yuyulduqdan sonra mütləq şəkildə salfetlərlə yaxşıca silinməlidir.

Qabıqsız yeyilən meyvə və tərəvəzlər
Qarpız, yemiş, banan, portağal kimi meyvələrin qabıqları soyulur. Bu zaman siz soruşa bilərsiniz ki, əgər onların qabıqları soyulursa bəs nəyə görə, onları yumaq lazımdır. İş burasındadır ki, doğranılan və ya soyulan zaman bakteriyalar meyvənin içərisinə daxil ola bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri