Soğan qabığından mualicəvi çay

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 892
Səs ver:
(səs: 1)
Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur. Lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir.

Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur. Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar.

Bu çayın müalicəvi xüsusiyyətləri arasına:
— immun sistemini möhkəmləndirir
— iltihabları azaldır
— sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik yollarını təmizləyir
— damarları möhkəmləndirir, onları daha elastik edir
— aterosklerozun inkişafının qarşısını alır
— ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır
— damarlarda trombların əmələ gəlməsinin qarşısını alır
— arterial təzyiqi tənzimləyir
— orqanizmdə iltihabları azaldır
— xərçəng əleyhinə təsirə malikdir.

Soğan qabığından çay çox faydalı müalicəvi vasitədir. Bu çayı hər gün 1 fincan olmaqla qəbul etmək olar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 892
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri