Xurma bəhməzinin faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 7 560
Səs ver:
(səs: 0)
Təzə xurmanın faydaları kimi onun bəhməzi də müxtəlif xəstəliklərə qarşı fayda verir. Bir çox narahatlığa qarşı qorunma təmin edən xurma bəhməzinin faydaları bunlardır:

- Qanazlığa qarşı yaxşı təsir göstərir. Bədəndəki dəmir çatışmazlığını aradan qaldıraraq qanı arıtırır. Bu sayədə bədəndəki halsızlığı və yorğunluğu da aradan qaldırır.
- Həzm sistemini rahatlaşdırır.

Qadinla.com deyerler.org-a istinadən bildirir ki, bağırsaq hərəkətlərini nizamlayaraq qəbizliyə qarşı yaxşı təsiri də xurma bəhməzinin faydaları arasındadır. Beləcə kolon xərçəngi və babasilə qarşı qorunma təmin edir.

- A vitamini ilə zəngindir. Zəngin A vitamini sayəsində ağciyər xərçəngi və ağız boşluğu xərçəngi kimi xərçəng növlərinə qarşı qorunmanı təmin edir.
- Tərkibindəki B-karoten, lutanın, zeaksantin kimi antioksidant maddələr sayəsində hüceyrələri zərərli təsirlərdən qoruyur. Bunun nəticəsində də bir çox xərçəng növlərinə qarşı qorumanı təmin edir.
- Mükəmməl bir dəmir qaynağıdır. Dəmir mineralı, qanın oksigen daşıma tutumunu təyin edir.
- Yaxşı bir kalium qaynağıdır. Kalium, ürək sürətini və qan təzyiqini tənzimləməyə köməkçi olan hüceyrə və bədən mayelərinin əhəmiyyətli bir komponentidir. Bu səbəblə iflic və ürək xəstəliklərinə qarşı qoruyur.
- Bəlğəmi təmizləyir, eyni zamanda öskürəyi kəsir. Bəlğəmi təmizləmək xüsusiyyəti ilə yanaşı boğaz ağrısı və boğazın iltihablanmasına qarşı yaxşı təsir edir. Bronxları rahatlaşdırır.
- K vitamini ehtiva edir. K vitamini sümüklər üçün əhəmiyyətlidir. K vitamininin yanında orta dərəcədə B qrupu vitaminləri də saxlayır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 7 560
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri