Vitaminlərlə zəngin qreypfrut

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 1128
Səs ver:
(səs: 0)
Bu meyvənin tərkibində orqanizm üçün vacib olan C, D, P, A vitaminləri, həmçinin, kalium, maqnezium, dəmir, fosfor, kalsium kimi maddələr var.

Qreypfrut qanda “pis” xolesterinin miqdarını aşağı salan, damarların kirəçləşməsinin qarşısını alan pektin kimi faydalı maddə ilə də zəngindir.
Sağlamlıqla bağlı növbəti yazıda qreypfrutun faydalarını təqdim edirik.

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qreypfrut olduqca xeyirlidir və müntəzəm bu meyvədən istifadə etmələri məsləhətdir.

Qreypfrutu zəiflik və yorğunluq zamanı yemək çox faydalıdır.

Yuxusuzluq, qızdırma, artrit, qaraciyərin funksiyasının pozğunluğu zamanı da qreypfrut çox kömək edir.

Şişkinliklər və müxtəlif iltihabi proseslər zamanı o, yüngül sidikqovucu vasitə hesab olunur.

Eyni zamanda pəhriz saxlayanlar üçün qpeypfrut əvəzolunmaz meyvədir. Az kalorilidir, həzm prosesini yaxşılaşdırır, iştahanı azaldır, yeməkdən sonra ağırlıq hissini aradan qaldırır.
Qreypfrutun əsas dəyərlərindən biri onun öd daşı xəstəliklərinin vəziyyətinin xeyli yüngülləşdirə bilməsidir. Onun şirəsi ödqovucu kimi çox təsirlidir.

Əgər siz ödün yığılması və öd daşı xəstəliyindən əziyyət çəkirsinizsə, eyni miqdarda təzə sıxılmış qreypfrut şirəsi ilə zeytun yağını qarışdırın. Axşamlar yarım stəkan için. Bundan sonra sağ böyrü üstə yatağa uzanıb qaraciyər nahiyəsinə qrelka qoyun. Qrelkanı 40-50 dəqiqə saxlayın. Səhər təkrar edin.

Bol miqdarda vitamin qəbul etmək istəyirsinizsə, qreypfrutu kəsən kimi yeyin. Bu meyvənin dadı azca acımtıl olur. Onu turş meyvə, yaxud qozla yedikdə daha yaxşı mənimsənilir.

Çoxları qreypfrutun üstündəki ağ qabıqları acı olduğuna görə soyurlar. Bu düzgün deyil. Çünki meyvənin müalicəvi əhəmiyyəti məhz bu ağ örtükdədir.

Qreypfrutu axşam yesəniz daha yaxşı olar, səhər yuxudan şən əhval-ruhiyyədə oyanacaqsınız.

Qrip və soyuqdəymə zamanı o, qızdırmanı aşağı salır.

Meyvənin qabığındakı P vitamini kapilyarların keçiciliyini artırır, orqanizmdə C vitamininin toplanmasına kömək edir.

Mədə xorası olan insanlara qreypfrutdan istifadə məhdudlaşdırılmalıdır.

Qan təzyiqini aşağı salan dərmanlar qəbul edildikdə qreypfrut yemək məsləhət deyil. Bunun xöşagəlməz fəsadları ola bilər.

Ümumiyyətlə, digər meyvə və tərəvəzlər kimi bu meyvəni də qədərində istifadə etməklə faydasını görmək olar.

Sağlamlığınız naminə vitaminlərlə zəngin qreypfrutdan imtina etməyin.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1128
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_Tək_ İL_
Sevgilim sevir bu meyvəni. Mən sevmirəm
25 mart 2020 03:04
9
Şirin
Offline
Miss_Oxatan
Acidi sevmem ben
7 mart 2020 02:16
8
#flatearth
Offline
Vuska93
Hec sevmirem dadin aciligi var
3 mart 2020 03:42
7
Online
Army_Blink
Sitat: Heyat varsa...
Ne qeder aci olmasina baxmayaraq evde hec kime saxlamadan yeyirem :D

Mende eleyem sevirem qreyfrutu. Dadlidi.
22 fevral 2020 12:28
6
Heyat varsa...
Ne qeder aci olmasina baxmayaraq evde hec kime saxlamadan yeyirem :D
12 noyabr 2017 10:12
5
Offline
AGHAYEVA
Ele de sevmirem bu meyveni bir dilimle kifayetlenirem
11 noyabr 2017 20:51
4
Offline
YalniZ-ArZu
Qeribe dadi var qreyfrutun.Aciligi olsada el cekmek olmur,ele isteyirsen yeyesen nyam
faydasindan xeberdar idim.Xebercun tewekkurler Turkanim.
8 noyabr 2017 19:46
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Online
tatyana
İmtina ede bileceyim meyve deyil,onun lezzetide ele o ag yerindedi,acı deyil ona acı deyenleri öen anlıya bilmirem,herden duzla yeyirem
8 noyabr 2017 18:25
2
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
BARBI
Bu meyve aci olsada cox sevirem.Cox faydalidir
8 noyabr 2017 17:34
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri