Yumurtanı soyuducunun qapısında saxlamayın

Müəllif: Antikvar
Şərhlər: 8
Baxılıb: 2 175
Səs ver:
(səs: 0)
Yumurtanı adətən soyuducunun qapısında saxlayırıq. Bunun üçün soyuducuda xüsusi yer nəzərdə tutulub. Ancaq mütəxəssislər yumurtanı soyuducunun qapısında saxlamağın yanlış olduğunu deyirlər.

Soyuducunun qapısındakı xüsusi hissədə yumurtaları saxlamaq yaxşı bir fikir kimi görünsə də, əslində ən pis saxlanma şəklidir. Belə ki, qapı soyuducunun ən isti yeridir və hər dəfə qapını açıb-bağladıqda yumurtalar fərqli temperatura məruz qalır.

Bu temperatur dəyişikliyi isə yumurtaların tez xarab olmasına səbəb olur.

Yumurtaları soyuducuda saxlamaq istəyirsinizsə, onları qapıda deyil, içərisində mühafizə etməlisiniz.

Soyuducu əvəzinə sərin və quru bir şkafda saxlandıqda yumurtalar eyni temperaturda qaldığından daha uzun müddət xarab olmadan qalır.

Mütəxəssislər yumurtanı otaq temperaturunda saxlamağın ən yaxşı seçim olduğu mövzusunda həmfikirdirlər.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 175
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri