Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 271
Səs ver:
(səs: 1)
Soğan ən faydalı tərəvəzlərdən biri sayılır. Soğanın bir çox növləri var.
Bazarlarda ağ, sarı və qırmızı soğan satılır. Görəsən, bunlardan hansı ən faydalıdır?
Kanada alimlərinin araşdırmaları göstərib ki, bütün soğan növləri arasında qırmızı soğan ən faydalı xüsusiyyətlərə malikdir. Qadinla.com bildirir ki, araşdırmanın nəticələri nüfuzlu Food Research International jurnalında dərc olunub.
Qırmızı soğanın tərkibində olan kversetin və antosian antioksidantlarının damarları möhkəmləndirmək və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq xüsusiyyətləri vardır.
Kversetin və antosian maddələri orqanizmdə gedən qocalma proseslərini ləngidir, sərbəst radikalların orqanizmə olan dağıdıcı təsirini azaldır, orqanizmi köhnə hüceyrələrdən təmizləyir.
Digər soğan növləri ilə müqayisədə qırmızı soğan daha güclü xərçəng əleyhinə təsirə malikdir.
Həmçinin qırmızı soğan insan immunitetini daha yaxşı stimullaşdırır.
Faydalı xüsusiyyətlərə görə ikinci yerdə sarı, 3-cü yerdə isə ağ soğandır. Ağ soğanın çox yumşaq və xoş dadı var ki, onu salatlara əlavə etmək yaxşıdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 271
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri