Süd məhsulları soyuducuda belə saxlanmalıdır

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 1 683
Səs ver:
(səs: 1)
Süd məhsulları soyuducuda belə saxlanmalıdır - DÜZGÜN QAYDALAR
Sağlıqlı qidalanmağın ilk şərti süd və süd məhsullarından istifadə etməkdir. Tərkibinə görə tez xarab ola bilən bu qidalar alındıqdan sonra soyuq yerdə mühafizə edilməlidir. Amma bəzən o məhsulları soyuducuda saxlamağımıza rəğmən, yenə də xarab olurlar. Qadinla.com sizə süd məhsullarını soyuducuda saxlamağın düzgün qaydalarını təqdim edir.

Əvvəlcə bildirək ki, bu məhsulları saxlamaq üçün soyuducunun temperaturu 4-6 dərəcə arasında olmalıdır. İstifadə etdiyiniz miqdarı ayırıb qalanını plastik olmayan qablarda mühafizə etməlisiniz. Həmçinin soyuducuda saxlayacağınız məhsulları hava ilə təmas etməyən qablara yerləşdirməlisiniz. Soyuducuya geri qoyacağınız məhsul, təmiz və fərqli bir qabda saxlanmalıdır. Məhsullarınızı qətiyyən eyni qabda saxlamayın.
Məhsullarınızın soyuducuda düzülüşünə də diqqət etməlisiniz. Axan qidaları daha diqqətlə mühafizə etməli, hər hansı bir ehtimala qarşı isə ən altda saxlamalısınız. Böyük ölçüdə aldığınız süd məhsullarını örtüyündən çıxararaq mühafizə edin.

Süd

Südü otaq istiliyində qətiyyən saxlamayın. Ağzı açılmış paket südlər soyuducunuzda ən çox 2-3 gün qalmalıdır. Əgər qutu açılmayıbsa, son istifadə tarixinə qədər saxlaya bilərsiniz.

Pendir

Açıldıqdan sonra sellofana bükərək mühafizə edə bilərsiniz. Bütün pendir növlərini fərqli qablarda saxlayaraq ömürlərini uzada bilərsiniz.

Qatıq

Mümkün olduqca qısa zamanda yeyilməli olan qatıq soyuducuda elə saxlanmalıdır ki, hava ilə təması minimum olsun.

Kərə yağı

Kərə yağı digər süd məhsullarına nisbətən daha uzun müddət istifadə edə biləcəyiniz bir qidadır. Adətən şüşə və plastik maddə tərkibi olmayan qablarda mühafizə edilir.

Qaymaq

Qaymağı da qatıq kimi mümkün qədər tez müddətdə yeyib qurtarmaq lazımdır. Soyuducuda elə saxlanmalıdır ki, hava ilə təması minimum olsun.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri