Ayaq qoxusunu aparan sadə və təbii ÜSULLAR

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 736
Səs ver:
(səs: 0)
Ayaq qoxusu gündəlik həyatda bir çox insanın probleminə çevrilib.

Ayaq qoxusu sosial çevrədə insanda bir özgüvənsizlik yaratdığı kimi, psixoloji baxımdan da mənfi təsir edir.

Qara çay
1 stəkan suyu vannaya boşaldın. İçərisinə yarım stəkan qara çay əlavə edərək ayaqlarınızı bu qarşımın içərisində ən az 20 dəqiqə saxlayın. 10 gün boyu eyni prosesi təkrarlayın.

Sirkəli su
5 stəkan suyu bir vannanın içərisinə əlavə edin. Daha sonra içərisinə 6 xörək qaşığı sirkə töküb ayaqlarınızı bu qarışımın içərisində 20 dəqiqə saxlayın. Bu prosesi də 10 gün ərzində təkrar edərək tətbiq edin. Sirkə ayaq qoxusunu aparmaqla yanaşı ayağınızdakı tər vəzilərinin də yavaş işləməsini təmin edəcək.

Lavanda yağı
1 litr suyun içərisinə bir xörək qaşığı lavanda yağı əlavə edin. Ayaqlarınızı bu qarışımın içərisində 15 və ya 20 dəqiqə saxlayın. Lavanta yağının mütəmadi olaraq istifadəsi ayaq qoxusunu tamamilə aradan qaldırmağa kömək edir.

Sodalı su
İlıq suyun içərisinə bir az duz və soda əlavə edin. Daha sonra suyu bir vannanın içərisinə boşaldıb ayaqlarınızı bu qarışımın içərisində saxlayın. Hər gün mütəmadi olaraq ayaqlarınızı duzlu suyun içərisində saxlasanız, ayaq qoxusu probleminiz aradan qalxacaq.

Limon qabığı
Təmiz ayaqları limon qabığı ilə mütəmadi olaraq ovmaq ayaq qoxusu probleminə əlac edə bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 736
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri